Qızını erməniyə ərə verən diaspor sədri: “Qeyrətiniz varsa, torpaqlarınızı alın!” – Audio » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Qızını erməniyə ərə verən diaspor sədri: “Qeyrətiniz varsa, torpaqlarınızı alın!” – Audio

Son günlər adı daha çox qalmaqallarda hallanan Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimov mətbuatın gündəmini yenidən zəbt edib.

Məsələ ilə əlaqədar olaraq telefon bağlantısı yaradan A.Kərimov haqqında deyilən bəzi məlumatlara aydınlıq gətirib. Bununla yanaşı, o, yenə də bir sıra qalmaqallı fikirlər səsləndirib. Eyni zamanda, onun barəsində məlumatlar yayan media mənsublarını təhqir edib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Moskvada Azərbaycan mədəniyyətinə həsr olunmuş “Qranat” ümumşəhər “Nar bayramı” ilə bağlı keçirilən tədbirdə Ermənistana məxsus eksponantların nümayiş olunması ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, A.Kərimovun təşkilatçılığı ilə keçirilən “Nar bayramı”na həsr olunmuş tədbirdə Azərbaycana aid heç bir atributun nümayiş olunmaması azərbaycanlıların hiddətinə səbəb olub. Bundan sonra tədbirdə qarşıdurma yaranıb. İnsident zamanı Azərbaycan bayrağının qadağan olunduğu, amma Ermənistan bayrağının dalğalandırıldığı bildirilir. Eyni zamanda, tədbirdə iştirak edən azərbaycanlı jurnalistlər diaspor sədrinin yaxınlarının hücumuna mərzu qalıb.

Xatırladaq ki, A.Kərimov bir neçə ay bundan əvvəl qızını erməni oğlana ərə verib. O, ermənilərlə qohum olduqdan sonra azərbaycanlıların qəzəbinə tuş gəlib. Diaspor sədrinin hazırda erməni qudası və kürəkəni ilə birlikdə yeni layihələr üzərində işlədiyi bildirilir.(A24.AZ)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 408 10.10.18 20:27