Bakıda direktorları dəyişdirilən məktəblərin adları məlum olub.
Median.Az xəbər verir ki, "Report"un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 2018-2019-cu tədris ili ərəfəsində idarənin tabeliyindəki ümumi təhsil məktəblərindən 7 direktorun iş yeri digər məktəbə dəyişdirilib, 11 məktəbə isə yeni təyinat olub.
Eyni zamanda, ötən tərdis ilində 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib.