Rusiyanın “Pyatniça” telekanalında yayımlanan “Oryol i reşka. Perezaqruzka” verilişinin buraxılışlarından biri Azərbaycana həsr edilib.
Verilişin aparıcıları Anastasiya İvleyeva və Yevsey Kovalev Azərbaycandakı çəkilişlərdən fotolarını Instagram-da paylaşıblar.
Çəkilişlər təkcə Bakıda deyil, regionlarda da aparılıb.
Xatırladaq ki, bu “Oryol i reşka”nın Azərbaycanda ilk çəkilişləri deyil. Bundan əvvəl verilişin üç buraxılışı ölkəmizə həsr edilib.