Azərbaycanın qərb bölgəsində zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar saat 18:34-də, Şəmkir rayonundan 25 km şərqdə, Samux rayonunun Qarayeri kəndindən 8 km şimalda qeydə alınıb.
Zəlzələnin maqnitudası 3,4 bal, dərinliyi isə 10 km olub.