Mojo.az Banner
23:02 Bu şəhərdə yeniyetmələr üçün komendant saatı tətbiq olundu  |     22:54 Epşteyn ölümündən əvvəl məktub yazıbmış  |     22:49 Sabah Bakıda 20 dərəcə isti olacaq  |     22:42 İrandan Azərbaycana 55 kq narkotik keçirmək istədilər  |     22:37 Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü  |     22:30 Azərbaycanda yeni virus yayılıb? - Nazirlikdən AÇIQLAMA  |     22:25 Məktəblərdə 6 şagirdə 1 kompüter düşür  |     22:16 Aktrisa ''Günəşli İnşaat'' şirkətinin onu aldatdığını iddia edir - Video  |     22:11 Göygöldə qanunsuz tikili söküldü  |     22:03 Məhkəmədə borc verdiyinizi necə sübut edə bilərsiniz? - Hakimdən açıqlama  |     21:55 Kəlbəcərdə qonur ayı görüntüləndi  |     21:50 Həyət evlərinin qarşısında gül əkib, maşın saxlayanlar cərimələnə bilər (Video)  |     21:46 Maştağadakı psixiatriya mərkəzindən xəstələr qaçıb? - DİN-dən açıqlama  |     21:40 "Qarabağ" azarkeşlərə görə 8000 manat cərimələndi  |     21:35 Azad olunmuş ərazilərdəki tarixi abidələrlə bağlı RƏSMİ AÇIQLAMA  |     21:26 Yeddi marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir  |     21:18 Rusiyanın Soçi hava limanında məhdudiyyətlər tətbiq edilib  |     21:16 Ağdamda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 4 nəfər yaralanıb  |     20:21 Ağdamda ağır qəza: Ölənlər və xəsarət alanlar var  |     20:12 Bəzi mallar 5 illik müddətə idxal gömrük rüsumundan azad edildi  |    
Left Banner
Right Banner

Deputat: Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olsun

02.10.2018 16:36 3 791
Deputat: Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olsun
Sosial şəbəkələrə giriş, qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olmalıdır. Çünki hər kəsin sosial şəbəkələrdə yaydığı və paylaşdığı yazılarda, materiallarda məsuliyyətli olması lazımdır. Bu məsuliyyəti isə yalnız bu cür formalaşdırmaq mümkündür.

Bunu oxu.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu (Məmmədov) sosial şəbəkə istifadəçilərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericiliyin qəbul edilməsi yönündə parlamentdə səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, yeni qanunlara sosial sifariş o zaman yaranır ki, ictimai münasibətlərdəki hansısa münasibətlərin hüquqi çərçivədə tənzimlənməsinə ehtiyac olur:

“Bu gün dünya informasiya cəmiyyətləri ilə idarə olunur. Bu informasiya cəmiyyətləri də milli iradə ilə idarə olunmayanda, təhlükəli tendensiyalara gətirib çıxarır. Ona görə də belə bir vacib sektorun, sferanın tənzimlənməsi üçün mütləq hüquqi çərçivə, hüquqi baza yaradılmalıdır.

Məsələn, sosial mediaya, sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olması vacibdir ki, hər kəs yaydığı və paylaşdığı yazılarda, materiallarda məsuliyyətli olsun. Bu, elə bir məkandır ki, heç də hamı hər kəsi tanımır, xüsusilə də, saxta profil istifadəçiləri olduğu təqdirdə, kimdənsə məsuliyyət gözləmək və tələb etmək mümkün olmur. Bunun üçün mütləq məsuliyyət olmalıdır.

Dünyanın bir çox ölkələrində, o cümlədən, aparıcı Qəb ölkələrinin özündə bu istiqamətdə axtarışlar var. Bu sfera özlüyündə elə bir unikal sferadır ki, bu sektorun hüquqi cəhətdən tənzimlənməsi heç də bir anda mümkün olmur. Hesab edirəm ki, Azərbaycan da bu axtarışları etməlidir və mütləq bu sektorun tənzimlənməsi mexanizmləri tapılmalı və tətbiq edilməlidir”.

Millət vəkili onu da qeyd edib ki, bu gün internet resursları üzərindən insanları aldatmaq tendensiyaları baş verir.

“Onların əmlakları, mülkiyyətləri, xüsusilə, əqli mülkiyyətləri ələ keçirilir. Yəni, bu gün internet resurslarında, sosial şəbəkələrdə kibercinayətkarlıq üçün əlverişli bir mühit formalaşıb. Düzdür, Qərb ölkələrində kibercinayətkarlıqla mübarizə üzrə polis yaradılıb, onlar nəzarət finksiyasını yerinə yetirirlər, kibercinayətkarlığın qarşısını alırlar, amma bunlarla kifayətlənmək mümkün deyil. Yəni, həm bu mexanizmlərdən yararlanmaq mümkündür, həm də digər mexanizmlərdən.

Bir sözlə, Azərbaycanda sosial şəbəkə istifadəçilərinin fəaliyyətinin qanunla, hüquqi müstəvidə tənzimlənməsi lazımdır və vacibdir”, - deyə millət vəkili əlavə edib.скачать dle 11.3
Mojo.az Banner