İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reyd keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanı respublika ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb.
Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.
Təqsirkarlara qarşı protokollar tərtib edilərək, ümumilikdə 40441 manat məbləğində cərimə tətbiq olunub.