Məktəb ləvazimatlarının qiymətində artım var - Video » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Məktəb ləvazimatlarının qiymətində artım var - Video

Sentyabra qədəm qoymaq həm də ailələrdə məktəb alış-verişinin başlanması deməkdir. Hər il bu ay valideynlər məktəbli övladları üçün ən keyfiyyətli və lazımlı ləvazimatları almağa çalışırlar.

Təbii ki, qiymətlərin də bir o qədər münasib olmağına diqqət edirlər. Elə bu səbəbdən də artıq bir neçə gündür, paytaxtın müxtəlif yerlərində Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən məktəbli yarmarkaları təşkil olunub.

“Qafqazinfo” olaraq biz də Nərimanov ərazisində salınmış yarmarka çadırlarına baş çəkdik, qiymətlərlə maraqlandıq. Məlum oldu ki, ötən ilə nisbətən bu il qiymətlərdə artım var. Üstəlik, satıcı Taleh Quliyevin sözlərinə görə, əhalinin alıcılıq qabiliyyəti də xeyli aşağı düşübmüş:

“Ötən il bir uşağı 100 manata hazır etmək oldurdusa, bu il bu rəqəm 120-130 manata yüksəlib. Məsələn, ötən il 5.50 qəpiyə satılan rəngli karandaşlar bu il olub 6.40 qəpik (90 qəpiklik fərq). Mümkün qədər endirimlər də etməyə çalışırıq. Qiymətlər mağazalardan fərqlidir. Bizə şirkət nə qiymət deyirsə, onu qoyuruq”.

Bildirək ki, sözügedən yarmarkalar sentyabrın 25-dək fəaliyyət göstərəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 014 12.09.18 14:01