“Onlar Azərbaycana qayıdandan sonra cinayət məsuliyyətinə cəlb olunurlar” - PA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

“Onlar Azərbaycana qayıdandan sonra cinayət məsuliyyətinə cəlb olunurlar” - PA

Digər dövlətlərdə qanunsuz qruplaşmalarda iştirak edən Azərbaycan vətəndaşları ölkəyə qayıtdıqda cinayət məsuliyyətinə cəlb edilir.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, bunu "Exo Moskvı"ya müsahibəsində Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib.

E.Nəcəfov bildirib ki, İŞİD kimi terror təşkilatlarına cəlb olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdanda qadağan olunmuş təşkilatlarda iştirakına görə cinayət məsuliyyətinə cəlb olunur: "Çünki onlar qanunu pozublar. Biz qanunun aliliyini əsas götürürük. Bu cür insanlar təkcə dövlət tərəfindən deyil, həm də Azərbaycan ictimaiyyəti tərəfindən tənqid olunur”.

Onun sözlərinə görə, vətəndaşın terror təşkilatlarının tərkibində iştirakı kimi mənfi təzahürlərin qarşısını almaq üçün müəyyən siyasət həyata keçirilir ki, bu da bir sıra ölkələrin xoşuna gəlmir.

Nəcəfov qeyd edib ki, Azərbaycanda müəyyən təşkilatlar, digər ölkələrdən maliyyələşən əsasən müsəlman təşkilatları var:

"Söhbət bəzi Yaxın Şərq ölkələrindəki mərkəzlərdən gedir. Bu mərkəzlər İŞİD və digər bu kimi təşkilatların yaydığı ideologiyanı təbliğ edirlər. Onların fəaliyyəti qanunaziddir, Konstitusiyaya uyğun deyil. İstənilən ölkədə hər hansı təşkilat qanunu gözləmirsə, qanunsuz fəaliyyətinə görə cavab verməlidir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 284 12.09.18 11:50