Tələbələrin KİRAYƏ EV problemi - Qiymətləri necə tənzimləməli? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Tələbələrin KİRAYƏ EV problemi - Qiymətləri necə tənzimləməli?

Azərbaycanda kirayə mənzil bazarında yenidən bahalaşma müşahidə olunur.

Median.Az “BakuPost”a istinadən xəbər verir ki, tələbin daha çox olduğu ərazilərdə mənzillərin qiyməti 350-700 manat arasında dəyişir. Ucuz mənzillərin isə ya şəraiti çox zəifdir, ya əşyasızdır, ya da bir başqa problemi var. 

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı BakuPost-a açıqlamasında bildirib ki, bahalaşmaya əsas səbəb hər il olduğu kimi tələbə axınıdır. Hər il iyul-sentyabr aylarında tələbələrin kirayə mənzil axtarışına çıxması təkliflərin qiymətlərində artım yaradır:

"Bu, qısamüddətli məsələdir. Demək olar ki, hər il təkrarlanır. Təqribən iyul-sentyabr ayları arasında baş verir. Əvvəlcə tələbə axını geriyə, sonra şəhərə doğru olur.

Birinci mərhələdə təklif portfelinin həcmi artır, tələb aşağı düşür. Sonrakı mərhələdə tələbə axını və müraciətlərin sayının artması ilə əlaqədar tələb artır, təklif paketinin həcmi daralmağa başlayır. Bu da qiymətləri artırır. Hazırki şəraitdə iyun ayında başlayan 20-25 faizlik qiymət azalması qiymət artımı ilə əvəzlənib”.

"Bəs mənzillər nə vaxt ucuzlaşacaq” sualına ekspert "ucuzlaşma olmayacaq” deyə cavab verib: "Amma qiymətlər stabilləşəcək. Bu isə sentyabrın sonlarında olacaq”.



Kirayə mənzil bazarında qiymətlərin tənzimlənməsinin mümkün olmadığını deyən R.Osmanlı maraqlı təkliflə çıxış edib:


"Qiymətləri tənzimləmək, stabil saxlamaq üçün ölkədə bu sahəyə olan marağı artırmaq lazımdır. Sahibkarları bu sahəyə yönləndirmək lazımdır. Çünki kifayət qədər gəlirli sahədir. Sahibkarlar bura maraq göstərsələr, hesab edirəm ki, qısa müddətdə kirayə mənzil bazarında qiymətlərin tənzimlənməsi prosesi baş verər.

Məsələn, tələbə yataqxanası, hostel tipli obyektlər tikib münasib qiymətə tələbələrə təklif edilə bilər. Bu həm Azərbaycanda xüsusilə şəhərsalma və söküntü ilə əlaqədar məhdudlaşan təklif portfelinin həcminə müsbət təsir göstərər, həm də rəqabəti artırar və qiymətə müsbət təsir göstərər. İndiki şəraitdə Azərbaycanda təklif portfelinin həcmi çox sürətlə daralmaqdadır.

Nəzərə alın ki, son 5-10 il ərzində ölkədə kirayə mənzil bazarında təklifin əsas hissəsini təşkil edən bir çox ərazilərdə söküntü işləri aparılıb. "Sovetski” də bura daxildir. Bu da mənzil bazarında artıma gətirib çıxarıb. Hesab edirəm ki, bu prosesi tənzimləməyin yeganə yolu sahibkarları cəlb etməkdir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 466 04.09.18 17:17