Salyandakı hadisə ilə bağlı şok təfərrüat: Gəlini qaçıran şəxs evli imiş - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:23 Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir  |     16:13 Belçika millisi yeni baş məşqçisini açıqladı  |     15:56 Gəncədə oğul anasına xəsarət yetirdi  |     15:48 Kaliforniya meşə yanğınları: Külli miqdarda vəsait ayrıldı  |     15:36 Baş prokurordan YENİ TƏYİNATLAR - FOTO  |     15:27 Bakıda küçədə kişi meyiti tapıldı  |     14:15 Qazaxda 19 yaşlı oğlan intihar edib  |     14:04 Bakıda səhər tezdən işə gedən gənc oğlan YOXA ÇIXDI  |     14:03 Məhkəmə birlikdə yaşadığı qadını öldürən şəxslə bağlı qərar çıxardı  |     13:56 Fransada karikatura jurnalının redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq  |     13:52 "Oskar"a namizədlər açıqlanıb - TAM SİYAHI  |     13:26 Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD - VİDEO  |     13:20 Mətbuat sahəsində xüsusi xidmətləri olan şəxslərə yubiley medalı veriləcək  |     13:07 İstanbulda "Əl-Qaidə" əməliyyatı: İki əsas üzvü saxlanıldı  |     12:58 Azərbaycanda vəzifəli şəxs həbs edildi - Foto  |     12:53 Tiktoker “Roşka” yenidən həbs edildi  |     12:44 Türkiyədə hotel yanğınında çox sayda uşaq ölüb: Rəqəm açıqlandı  |     12:38 Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir  |     12:33 Yarım milyona yaxın vəsaiti mənimsəyən vəzifəli xanımın MƏHKƏMƏSİ  |     12:19 Bu qaydaları Nazirlər Kabineti təsdiqləyəcək  |    

Salyandakı hadisə ilə bağlı şok təfərrüat: Gəlini qaçıran şəxs evli imiş - VİDEO

Salyan rayonunun Qaraçala qəsəbəsində gəlin toy mərasiminə bir gün qalmış başqasına qoşulub qaçıb. Bəy, qız evinə gedən zaman gəlinin başqa bir oğlana qoşulub qaçdığını öyrənib. Bu zaman məlum olub ki, gəlin toydan bir gün öncə, yəni, el arasında "heyvankəsdi" adlanan vaxt evdən qaçıb. Çıxılmaz duruma düşən bəy, toy günü bir neçə saat ərzində başqa bir gəlin taparaq evinə gətirib.

Median.Az
Qaynarinfo-ya xəbər verir ki, toy günü pis vəziyyətə düşən oğlan tərəfi baş verənlər barədə Space TV-yə danışıb.

Bəyin yaxın qohumu qızı qaçıran şəxsin evli olduğunu deyib:

"Qız Rza adlı oğlana qaçıb. Həmin oğlan 2-3 il bundan əvvəl mənim dayım qızını almışdı. 2 il ailəli olduqdan sonra dayım qızı acıq eləyib atası evinə qayıtdı. Hələ boşanmayıblar. İndi də xalam qızını qaçırdı".

Toya kifayət qədər pul xərcləyən ailə vəziyyətdən çıxmaq üçün digər varianta əl atıb. Elə toy günü qonşu Qarabağlı kəndindən olan qohum qızlarından birini evinə gəlin gətirib.

Qaracala kənd sakinlərinin sözlərinə görə isə, gəlin toydan bir gün əvvəl sevdiyi oğlanla qoşulub qaçıb. Onlar valideynlərin təkidi ilə nişanlanıb. Aralarında sevgi olmayıb. Amma hər ikisinin sevdiyi olub. Sadəcə valideynlər öz aralarında razılığa gəldiyindən gənclər buna qarşı çıxa bilməyib. Toya bir gün qalmış qız öz istədiyi ilə qoşulub qaçıb. Oğlan da gedib öz sevdiyi qızı götürüb gəlib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 705 25.08.18 14:48