Naxçıvanda toyların “sladkiy stol” formatında keçiriləcəyi xəbərinə AYDINLIQ GƏTİRİLDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Naxçıvanda toyların “sladkiy stol” formatında keçiriləcəyi xəbərinə AYDINLIQ GƏTİRİLDİ

“Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir”

Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikası rəhbərliyi adından guya sentyabrın 1-dən toy mərasimləri ilə bağlı xüsusi qaydaların tətbiq ediləcəyi, obrazlı ifadə edilsə yalnız “sladkiy stol”lara icazə veriləcəyi ilə bağlı informasiyalar yayılıb.

Görəsən, yayılan informasiyalar həqiqəti nə dərəcədə əks etdirir?

Median.Az xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov “naxcivanxeberleri” saytına açıqlamasında yayılan informasiyaların həqiqəti əks etdirmədiyini bildirib:


“Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında toy mərasimləri ilə bağlı yayılan informasiyalar absurd fikirlərdir, həqiqəti əks etdirmir. Yas mərasimlərində israfçılığın olmamasını insanlarımız özləri də istəyir. Amma toy mərasimlərinin sifarişlə və ya dövlətin qanunları çərçivəsində keçirilməsi fikirləri yalan informasiyalardır.

Kim istəyir çadırda, kim istəyir şadlıq sarayında toy mərasimini keçirə bilər. Kim hansı menyunu istəsə gələn qonaqlara təqdim edə bilər. Kimsə öz övladına toy edirsə onun necə keçirilməsinə və masaya hansı yeməklərin qoyulmasına kimsə inzibati yolla müdaxilə edərmi? Bunu uyduranların məqsədi nədir? Toy xalqımızın milli adət-ənənəsidir və min illərin sınağından çıxmış bu cür gözəl adətlərimizə kimsənin kölgə salmağa haqqı yoxdur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 569 17.08.18 16:27