100 milyon götürərək ölkədən qaçdığı deyilən Emin Zeynalov polisə müraciət edib — TƏFƏRRÜATLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |    

100 milyon götürərək ölkədən qaçdığı deyilən Emin Zeynalov polisə müraciət edib — TƏFƏRRÜATLAR

“Günaybank”ın sabiq sədr müavini Emin Zeynalov haqqında yayılan əsassız xəbərlərlə bağlı hüquq muhafizə orqanına müraciət edib.

Median.Az
xəbər verir ki, bu barədə FED.az-a E.Zeynalovun özü məlumat verib.

Xatırladaq ki, dünən bəzi saytlarda E.Zeynalovun çalışdığı bankdan 100 milyon manat götürərək xaricə qaçması barədə məlumat yayılmışdı. Amma “Günaybank” və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu məlumatı təkzib etmişdilər.

İndi isə Emin Zeynalov yenidən haqqında yayılan əsassız xəbərlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkillik Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət edib.

E.Zeynalov bildirib ki, dünən onun haqqında bəzi xəbər saytlarında dərc olunan məlumatlardan sonra məsələnin araşdırılması üçün dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.

Keçmiş bankir mətbuatda özü haqqında əsassız yayımının qarşısını almaq üçün bu addımı atıb.

Məsələ bundadır ki, bu barədə açıqlamalara və məlumatın təkzib olunmasına baxmayaraq bəzi KİV-lərdə hələ də onun bankdan əmanətaçilərin 100 milyona yaxın vəsaitini götürərək ölkədən qaçdığı barədə məlumatlar yayılır.

E.Zeynalov bildirib ki, haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil və heç bir əsası yoxdur. “Mən Bakıda olmuşam heç bir xarici ölkəyə getməmişəm indi də Bakıdayam. Sadəcə bankdan kənarda biznes partnyorlarım arasında borc problemi olub”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 081 20.06.18 17:03