Dilənçilərə şəhərlərin ən müxtəlif yerlərində, küçələrədə, kurortlarda və otellərin qarşısında rast gəlmək olar. Lakin bu günlərdə unikal, indiyədək misli görüşməmiş olay yaşanıb.
Median.Az Daily Mail-ə istinadən bildirir ki, "Qatar Airways" aviaşirkətinin Doha-Şiraz reysi ilə uçan təyyarəsinə Pakistanda çıxan iranlı şəxs orada dilənməyə, sərnişinlərdən pul istəməyə başlayıb.
Stüard və stüardessaların "Lütfən, belə etməyin, oturun!" demələrinə rəğmən, iranlı əlində paket tutaraq pul dilənməyə davam edib.
İran vətəndaşı sərnişinlərdən biri idi.
"Qatar Airways" aviaşirkəti olayla bağlı rəsmi açıqlama verməyib.