XİN: Məcburi köçkünlərin sayı bir milyonu keçib » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |    

XİN: Məcburi köçkünlərin sayı bir milyonu keçib

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 20 iyun Dünya Qaçqınlar günü ilə əlaqədar açıqlama yayıb.

Açıqlamada bildirilir ki, hər il 20 iyun BMT tərəfindən Dünya Qaçqınlar günü kimi qeyd olunur:

“BMT-nin Baş Katibi Antonio Quterreşin Baş Assambleyanın 72-ci sessiyasında bildirdiyi kimi “qaçqınlar, məcburi köçkünlər və miqrantlar əsl problem deyil, problemin kökü münaqişədə, təqibdə və ümidsiz yoxsulluqdur”.

Qaçqınlar və miqrantların problemləri ilə bərabər münaqişələr səbəbindən təhlükələrə məruz qalan və dünyanın müxtəlif hissələrində acınacaqlı şəraitdə yaşamalı olan kişi, qadın və uşaqlardan ibarət milyonlarla məcburi köçkün də var.

BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının məlumatına görə bütün dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə, 41 milyon nəfərə çatıb”.

O, qeyd edib ki, Azərbaycan da adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən biridir və hazırda Azərbaycanda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib.

“Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı və nəticə etibarilə, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və öz mülkiyyət hüquqlarından istifadə etməsi təmin olunmalıdır.

Yalnız bu halda münaqişənin davamlı həlli və regionda sülh və sabitliyin təmin olunması mümkündür”, - deyə H.Hacıyev açıqlamasında qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 031 20.06.18 14:55