Azərbaycanda yeni sığorta növlərinin tətbiqi nəzərdə tutulur.
Bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib.
O bildirib ki, dörd prioritet istiqamət var ki, bunlar da Azərbaycan üçün yeni olan sığorta növləri - mikrosığorta, müştərək sığorta, icbari tibbi sığorta və kənd təsərrüfatı sığortası ilə bağlıdır:
“Bu istiqamətdə Nəzarət Palatası bazarın diaqnostikasını aparıb və ayrı-ayrı seqmentlər üzrə müvafiq addımlar atır. Xüsusilə, Azərbaycan iqtisadiyyatı, o cümlədən qeyri-neft sektorunun inkişafında önəmli yer tutan kənd təsərrüfatı sığortasına dair iş aparılır”.