Xoşqədəm Hidayətqızı polisə çağırıldı - Məsələ Ramil Usubovun nəzarətindədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |    

Xoşqədəm Hidayətqızı polisə çağırıldı - Məsələ Ramil Usubovun nəzarətindədir

"Səni Axtarıram” verilişinin 4 əməkdaşı - aparıcı Xoşqədəm Hidayətqızı, verilişin prodüseri Fərhad Hacıyev və iki operatoru hüquq-mühafizə orqanlarına çağırılaraq izahatları alınıb.

Br neçə gün əvvəl Qazaxıstanda yaşayan şəxslər "Xəzər” televiziyasına müraciət edərək ailə üzvləri, 1985-ci il təvəllüdü Atsubayeva Ayqul Almaz qızının may ayının 27-də Bakıya gəldiyini, daha sonra ondan xəbər ala bilmədiklərini bildiriblər.

Cümə günü bu məsələ telekanalda Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişdə işıqlandırılıb və qızı Azərbaycana gətirən sevgilisi, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu verilişə dəvət olunub. Veriliş efirə gedəndən sonra Y.Yusifov polis idarəsinə çağırılıb və ondan qazaxıstanlı qızla bağlı ifadə alınıb.

Xatırladaq ki, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlunun keçən ay Bakıya gətirdiyi 1989-cu il təvəllüdlü Atsubayeva Ayqul Almaz qızını qətlə yetirməsi və daha sonra polis idarəsindən özünü pəncərədən ataraq intihar etməsi faktı ilə bağlı bir nəfər saxlanılıb. Belə ki, Y.Yusifovun qayını, 1984-cü il təvəllüdlü Famil Osmanov Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə) maddəsi ilə şübhəli bilinərək saxlanılıb.

Qətl hadisəsinin istintaqı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. Bildirilir ki, 3 uşaq atası olan Y.Yolçuyev qazaxıstanlı qızla internetdə tanış olub və daha sonra onunla görüşmək üçün Qazaxıstana gedib. Onlar Azərbaycana bir yerdə gəliblər. Aeroportdan çıxandan sonra 29 yaşlı Yolçu taksi ilə Ayqul Atsubayevanı Pirşağı qəsəbəsinə gətirib. O, qızı aldadaraq burada qalacaqlarını deyib. Lakin qamışlıq sahəyə çatan kimi 34 yaşlı Ayqulu boğaraq öldürüb.

Qətl törədən Y.Yolçuyev daha sonra qaynının evinə gedib və belə bir cinayət törətdiyini deyib. Famil Osmanovun dediyinə görə, yeznəsinin belə bir hərəkət edəcəyinə inanmayıb və buna görə polisə məlumat verməyib.

Artıq A.Atsubayevanın meyiti ekspertizadan keçirilib və ailəsinə təhvil verilib.

Y.Yolçuyevin özünü öldürməsi hadisəsi ilə bağlı isə Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Belə ki, 34 yaşlı Qazaxıstan vətəndaşı ilə bağlı son məlumat Bakıda aeroportda əldə edildiyindən Y.Yolçuyev Binə qəsəbəsindəki Hava Nəqliyyatında Polis İdarəsinə çağırılıb və burada cinayətinin üstü açılınca özünü pəncərədən atıb.

Qeyd edək ki, dəhşətli cinayətlə bağlı ilk məlumatı Lent.az saytı yayıb. Belə ki, bir müddət əvvəl sevgilisi ilə Azərbaycana gələn qazaxıstanlı qızın Bakıda öldürüldüyü üzə çıxıb. bir neçə gün əvvəl Qazaxıstanda yaşayan şəxslər "Xəzər" televiziyasına müraciət edərək ailə üzvləri, 1985-ci il təvəllüdü Atsubayeva Ayqul Almaz qızının mayda Bakıya gəldiyini, daha sonra ondan xəbər ala bilmədiklərini bildiriblər. Dünən bu məsələ telekanalda Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişdə işıqlandırılıb və qızı Azərbaycana gətirən sevgilisi, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu verilişə dəvət olunub. Veriliş efirə gedəndən sonra Y.Yusifov polis idarəsinə çağırılıb və ondan qazaxıstanlı qızla bağlı ifadə alınıb. Bu zaman gənc oğlan özünü polis idarəsinin pəncərəsindən ataraq intihar edib. O, hadisə yerindəcə keçinib.

Aparılan təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qazaxıstanlı qızın Yolçu Yusifov tərəfindən öldürüldüyü təsdiqlənib və A.Atsubayevanın meyiti Pirşağı qəsəbəsində qamışlıq sahəsindən tapılıb.

Bildirilir ki, öldürülən qadın hamilə olub.//baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 336 11.06.18 14:35