Hərbi bileti olmayanlar harda işləyə bilər? - Azərbaycanda qadağa yox imiş » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |    

Hərbi bileti olmayanlar harda işləyə bilər? - Azərbaycanda qadağa yox imiş

Vətəninin keşiyində dayanmaq, hərbi xidmət keçmək yetkinlik yaşına çatan hər bir sağlam vətəndaşın borcudur. 

Bəzən obyektiv və subyektiv səbəblərdən hərbi xidmətə getməyən şəxslərə süni maneələr yaradılır. 

Bu maneə özünü əsasən dövlət orqanlarına işə düzəlmək istəyərkən göstərir.

Bəs görəsən Azərbaycan Respublikasının qanunlarına görə, hərbi bileti olmayan şəxslər dövlət orqanında işləyə bilərmi? Yaxud, işə qəbul edilərkən onlardan hərbi bilet tələb edilə bilərmi? Bir sözlə, hərbi xidmətdə olmayanlar harada işləyə bilərlər?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Cebhe.info-ya açıqlamasında deyir ki, qanunvericilikdə hərbiləşdirilmiş qurumlardan başqa digər orqanlara hərbi xidmət keçməməyə görə işə qəbulu qadağan edən hər hansı müddəa yoxdur: 

"Hərbi xidmət keçməməyə görə işə qəbul edilməsindən imtina olunması Əmək Məcəlləsinə ziddir. Əmək Məcəlləsində qeyd olunur ki, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. Bu sənədlərdən əlavə hər hansı sənədin tələb edilməsi qanunsuzdur. Əlbəttə işləyə bilərlər. Hərbi xidməti keçməməyin üzrlü səbəbləri var. Bəlkə də bəzi hüquq mühafizə orqanları qadağalar qoyur, ola bilər. Amma dövlət qulluğundan azad olunanlar imtahan verib işə qəbul olunurlar”.//cebhe.info скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            13 176 10.06.18 22:46