Ordumuzun Günnütü azad etməsinə İrəvandan reaksiya » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |    

Ordumuzun Günnütü azad etməsinə İrəvandan reaksiya

Ermənistan Müdafiə Nazirliyi Günnüt kəndinin Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsiylə bağlı bəyanat yayıb.

Bəyanatda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan iddia edib ki, guya Azərbaycan tərəfi iyunun 6-sı və 7-də İrəvana müraciət edərək, insanların Günnüt kəndində yerləşən qəbiristanlığı ziyarət etməsinə şərait yaradılmasını xahiş edib. Ovanisyan Azərbaycan tərəfinin belə bir xahişi ilk dəfə etdiyini bildirib. Bundan sonra Ovanisyan guya Ermənistanın hər zaman humanitar normalara sadiq olduğunu və buna görə də vətəndaşların qəbiristanlığa girməsinə izn verildiyini vurğulayıb:

“Günnüt neytral zonada yerləşir. Dinc sakinlərə buraya yaxınlaşmağa izn verilib. Ermənistan ordusu situasiyaya tam nəzarət edir”.

Ovanisyan, görünür, növbəti dəfə söylədiyi yalanlarla az öncə verdiyi bəyanatı tutuşdurmağı “yaddan çıxarıb”. Belə ki, Naxçıvan Əlahiddə Ümumqoşun birliklərinin fəallaşmasıyla bağlı informasiyaları ilk dəfə məhz elə Ermənistan mətbuatı yaymışdı. “Razm.info” saytı mayın ortalarından etibarən sözügedən yüksəkliklərin alınmasını xəbər vermişdi.

Feysbuk sosial şəbəkə istifadəçisi Siranuş Tumanyan isə Arpa kəndi yaxınlığında Azərbaycanın yeni mövqelər tutması barədə görüntünü 30 mayda tirajlamışdı:

“Areni kəndinin (ermənilər Arpa kəndini belə adlandırır – red.) yaxınlığında Azərbaycan tərəfinin yeni mövqeləri. Fotoları elə bu an Areni kəndinin bağlarından çəkmişəm. Kənd onlar tərəfindən tamamilə müşahidə edilir. Hazırda bizim mövqelər daha aşağı səviyyədə qalıb. Kənddə çaxnaşmadır. İnanmayanlara və inkar edənlərə, xahiş edirəm ki, Areni kəndinə gəlib əmin olsunlar” (Tumanyanın yaydığı foto təqdim edilir – red.)

Yalnız bundan sonra Ovanisyan fakta münasibət bildirdi və dolayısı ilə onu təsdiqlədi. Ovanisyan o zamankı rəsmi açıqlamasında Azərbaycanın yeni istehkam işlərini neytral ərazidə apardığını və Ermənistanın düşmənə heç bir ərazi vermədiyini dedi:

“Bu, neytral ərazidir. Burada əlavə mövqelərin qurulması qanuni prosesdir. Bizim də N sayda belə mövqelərimiz var. Məncə, bu, situasiyanı dəyişmir”.

Maraqlı məqam odur ki, Ovanisyan həm Günnütü Azərbaycan ərazisi adlandırır, mayın 30-da Azərbaycanın bu ərazidə yeni mövqelər yaratmaq haqqına sahib olduğunu deyir, bugünkü açıqlamasında isə azərbaycanlıların dədə-baba Günnüt qəbiristanlığını ziyarətini “ermənilərin razılığı ilə” izah etməyə çalışır.//axar.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 454 09.06.18 17:24