Sabiq icra başçısı: Nahardan qayıdanda eşitdim ki, işdən çıxarılmışam » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

Sabiq icra başçısı: Nahardan qayıdanda eşitdim ki, işdən çıxarılmışam

Bu gün prezident İlham Əliyev Tofiq Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Keçmiş icra başçısı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır.

Tovuz rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tofiq Zeynalov işdən çıxarılması barədə açıqlama verib.

“Nahar fasiləsindən qayıtdıqdan sonra eşitdim ki, vəzifədən azad edilmişəm. Allah cənab prezidentdən razı olsun. Şübhəsiz ki, islahatlar davam etdirilməlidir.

Yeni kadrlar gəlməlidir. Bizə tapşırılan bu vəzifəni yerinə yetirdik, bizdən sonra gələnlər də, inanıram, yüksək səviyyədə işlərinin öhdəsindən gələcəklər”, - 75 yaşlı sabiq icra başçısı deyib.

Qeyd edək ki, prezident İlham Əliyev Məmməd Cahangir oğlu Məmmədovun Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam verib.(Musavat.com)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 432 08.06.18 11:47