Paytaxtda dayanacaqlar niyə bərbad vəziyyətdədir? – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |    

Paytaxtda dayanacaqlar niyə bərbad vəziyyətdədir? – VİDEO

Dayanacağın çirk-pas içində olmasına necəsə dözmək olar, baxmayaraq ki, bu, estetik görüntünü pozmaqla yanaşı, həm də gigiyenik cəhətdən sağlamlığa zərərlidir. Hazırda havaların isti olmasını nəzərə alsaq şüşələrin yerində olmamağının da üstündən keçə bilərik, hansı ki, qış aylarında bu hal sərnişinlər üçün böyük çətinlik yaradır.

ARB TV xəbər verir ki, paytaxtda bəzi dayanacaqlar təmir edilmədiyindən istifadəyə yararsızdır.

Dayanacaqlarla bağlı digər sıxıntılı hal daha çox ehtiyac olan yerlərdə pavilyonların olmamasıdır. Məsələn, Salyan şossesinin Bibiheybət məscidindən Su İdmanı Sarayına qədərki hissədə çox sayda dayanacaq yerləri təyin edilsə də, heç birində pavilyon quraşdırılmayıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, Agentlik şəhər ərazisində ümumulikdə 70, son olaraq 16 yeni pavilyon quraşdırıb. Müəyyən edilən dayanacaq məntəqələrində ehtiyac meyarı nəzərə alınmaqla növbəli şəkildə pavilyonların qoyulması davam etdiriləcək. Dayanacaqların təmizliyi, kənar təsirlər səbəbindən deformasiyaya uğrayanların təmiri və ya dəyişdirilməsi ilə məşğul olan qurum isə Bakı şəhər İcra Hakimiyyəti olub. 2 ay əvvələ qədər.

Mais Ağayev – BNA-nın mətbuat xidmətinin rəhbəri: “Bakı şəhərindəki mövcud dayanacaqların idarə olunması ilə bağlı səlahiyyətlər Bakı Nəqliyyat Agentliyinə 2 aprel tarixində cənab prezidentin imzaladığı fərmana əsasən verilib. Hazırda dayanacaqların təmizlənməsi, xidməti agentlik tərəfindən keçirilmir. Bu müvafiq icra qurumu ilə təhvil-təslim işləri yekinlaşdıqdan sonra tədbirlər həyata keçiriləcək”.

Sərəncamda göstərildiyi kimi Bakı şəhər İcra Hakimiyyəti sözügedən təhvil-təslim prosesini aprelin 2-dən etibarən iki ay müddətində tamamlamalı idi. O müddət başa çatsa da, dayanacaqlar hələ qurumdan quruma keçid dövrünü yaşayır. Amma məlumdur ki, nə bu çirkab, nə də deformasiya 2 aylıq başsızlıq dövrünün məhsulu deyil.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 219 07.06.18 18:45