"Apteklərdə satılan saxta dərmanlar həkimləri də boğaza yığıb" » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 İsrail Suriyanın tank bazasına zərbələr endirib  |     20:43 Türkiyə "Crocus" terrorçuları üçün 15 ilə qədər həbs tələb edir  |     19:57 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:19 Azərbaycan XİN: ABŞ-dəki terror aktını qətiyyətlə pisləyirik  |     19:07 Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA  |     18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |    

"Apteklərdə satılan saxta dərmanlar həkimləri də boğaza yığıb"

Müxtəlif vaxtlarda Azərbaycanda satılan hansısa dərmanın keyfiyyətinin aşağı olması və ya insan orqanizminə vura biləcəyi zərər barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar paylaşılır.

Hazırda Azərbaycanda satışda olan və firma dərmanı olaraq adlandırdığımız bir çox dərman var ki, Azərbaycandan kənarda nə tanınır, nə də istifadə olunur. Bəzən belə dərmanların tərkibində olmalı olan kimyəvi maddələrin ya özü, ya da dozası əksik olur. Belə saxta və ya keyfiyyətsiz dərmanlar həkimlərin də işini çətinləşdirir, xəstələrin isə səhhətinin daha da ağırlaşmasına səbəb olur.

Beynəlxalq təşkilatların araşdırmalarına görə, dünyada hər il təqribən 800 min saxta dərman satışa çıxarılır. Hətta 2005-ci ildə saxta dərman vasitələrinin dövriyyəsi pik nöktəyə çataraq 4 dəfə artıb. Həyat üçün təhlükəli olan belə dərmanlar daha çox 3-cü dünya ölkələrində (Afrika və Asiya ölkələri) satılır. Dünyada saxta dərman dövriyyəsi 20-60%-dir. Saxta dərman qaçaqçılığının qarşısını almağın standart bir mexanizmi yoxdur. Azərbaycan dövləti bu cür dərmanların bazardan çıxarılması üçün müxtəlif tədbirlər görür. Çox təəssüf ki, bəzi şəxslərin maraqları bu prosesi ləngidir.

Əczaçı ekspert kimi əhalinin diqqətli olmağını, mətbuatı izləməyini tövsiyyə edirəm. Əgər aldığınız dərman normadan çox aşağı qiymətə satılırsa, barkodu yoxdursa və ya standarta uyğun deyilsə, dərmanın qablaşdırılması həmişəkindən (və ya digər aptekdə satılandan) nazikdirsə, rəngi solğundursa, bu zaman dərmanın saxta olduğundan şübhələnmək olar. Belə olan halda dərmanın sertifikatını tələb edin və ya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə birbaşa müraciət ünvanlayın.//yeniavaz.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 563 07.06.18 17:54