“Blue Whale (Mavi Balina) Challenge” adlı oyunun qurucusu Filip Budeikini həbsxanada döyərək pis hala salıblar.
Gəncin demək olar ki üzü tanınmaz hala gəlib.
Xatırlatma xarakterli bildirək ki, 130 nəfərin ölümünə səbəb olan “Mavi Balina” azyaşlılar üçün təsis edilmiş bir oyundur. belə ki, gənclərə mərhələli şəkildə əmrlər verən bu oyun əvvəlcə gənclərin bu göstərişləri yerinə yetirib-yetirmədiyini yoxlayır, daha sonra “sınaqdan çıxan” gənclərə daha böyük göstərişlər verilir. Ən nəhayətində isə özlərinə zərər vermə və özlərini öldürmə- intihar əmri verir ki, bu da son həddir.
Rusiya vətəndaşı Filipin bu əmrlərini yüzdən çox gənc yoxlayıb.
Qeyd edək ki, Filip bu əmrlərin ona aid olduğunu inkar etsə də, bir müddət əvvəl etiraf etmiş və həbsxanaya göndərilmişdi.
/a24.az