Xırdalanda insidentə polis qarışdı: Məmur sahibkarın üstünə yeşik atdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |     13:09 Ronaldu gələcəyi ilə bağlı qərar verdi  |     12:23 Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar  |     12:16 İsrailin keçmiş müdafiə naziri deputat mandatından imtina edib  |    

Xırdalanda insidentə polis qarışdı: Məmur sahibkarın üstünə yeşik atdı

Xırdalan şəhərində meyvə-tərəvəz satıcıları ilə məmurlar arasında qarşıdurma yaranıb.

Olay dünən saat 20:00 radələrində Xırdalanın 28-ci Məhəlləsində – “köhnə bazar” kimi tanınan ərazidə yaşanıb.

Məlumata görə, İcra Hakimiyyətinin işçiləri ərazidə meyvə-tərəvəz ticarəti ilə məşğul olan sahibkarları oradan uzaqlaşdırmağa çalışsalar da, onlar bu tələbin əsaslandırılmasını istəyiblər.

Nəticədə məmurlarla sahibkarlar arasında insident baş verib. Şahidlərin bildirdiyinə görə, məmurlardan biri meyvə yeşiyini satıcılardan birinin üstünə atıb və bundan sonra gərginlik daha da artıb.

İzdihamın böyüdüyünü və prospektdə avtomobillərin hərəkətinin çətinləşdiyini görən məmurlar əraziyə polis əməkdaşlarını cəlb ediblər və onların müdaxiləsi sayəsində olay sakitləşdirilib.

Bir neçə sahibkar ticarətçilərin şikayətini rayon rəhbərliyinə çatdırmaq üçün polislərin təklifi və müşayiəti ilə oranı tərk ediblər.//yenicag.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 103 02.06.18 21:18