Azərbaycan Ordusu Naxçıvanda hansı əraziləri azad edib? - PEYK GÖRÜNTÜLƏRİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |     13:09 Ronaldu gələcəyi ilə bağlı qərar verdi  |    

Azərbaycan Ordusu Naxçıvanda hansı əraziləri azad edib? - PEYK GÖRÜNTÜLƏRİ

Ordumuzun Naxçıvan istiqamətində irəliləməsi barədə yeni məlumatlar yayılıb.

Ordu.az razm.info istinadən xəbər verir ki, peyk görüntüləri may ayında Naxçıvanın şimal-şərq hissəsində Azərbaycan ordusunun azad etdiyi yeni mövqeləri və əraziləri göstərir.

Sayt təqdim etdiyi araşdırmada, Ermənistan tərəfinin həyata keçirdiyi fəaliyyətlərə toxunmayaraq, rəsmi mənbələrdən heç bir təfərrüatın olmadığını qeyd edib.

Araşdırmada, cari ilin may ayının 2-dən 27-dək olan müddət ərzində xüsusən də peyk şəkillərində görünən dəyişikliklər, qısa müddət ərzində həyata keçirilmiş mühəndis işləri, yeni mövqelərə doğru gedən yeni yolların salınması təqdim edilib.

Araşdırmalara əsasən, Azərbaycan Silahlı Qüvvələri Arpa (Areni) kənd bağları və tərk edilmiş Günnüt kəndi istiqamətində irəliləyərək bir sıra əraziləri azad edib. İrəliləmə əlamətləri 2 may tarixindən etibarən nəzərə çarpsa da, əsas işlərin 17-27 may tarixləri arasında həyata keçirildiyi qeyd olunur.

İrəliləmə istiqamətlərini daha aydın şəkildə göstərmək məqsədilə, mövqelər şərti olaraq A, B və C hissələri kimi təqdim edilib.

Günnüt kəndi istiqamətində irəliləməklə Azərbaycan tərəfi yeni azad edilmiş mövqelərə apardığı ehtimal olunan 5 yeni yol çəkib. Əvvəllər bu sahədə mövqelərarası genişlik məsafəsi 4.5-5 km olub. Hazırda isə Ermənistan və Azərbaycan mövqeləri arasındakı uzaqlıq məsafəsi 750-1600 metrədək qısalıb.

Qeyd edək ki, erməni mövqeləri məhz tərk edilmiş Günnüt kəndi ərazisində yerləşir. Bu sahədə mühəndis işlərinin aparılması üzrə əlamətlər 2-17 may tarixlərinə təsaduf etsə də, əsas mühəndis işlərinin 17-27 may tarixlərində həyata keçirildiyi iddia edilir.

Erməni tərəfinin iddiasına görə, 17 may tarixindən sonra mühəndis işləri aparılmağa başlayıb. Arpa (Areni) kəndi istiqamətində şərqə doğru yeni yol açaraq, iki erməni mövqeyi arasında olan yüksəklikdə mövqe tuturuq.

17 may tarixindən sonra işğalçı ordunun mövqelərinə ən yaxın məsafə 750 metr, Arpa kəndinin meyvə bağlarından isə təqribən 2000 metr məsafədə olmaqla, su anbarının cənub istiqamətində yerləşən ərazilər azad edilərək yeni mövqe qurulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 060 02.06.18 16:26