Deputat hökumətin bank siyasətindən narazıdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |     13:09 Ronaldu gələcəyi ilə bağlı qərar verdi  |     12:23 Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar  |    

Deputat hökumətin bank siyasətindən narazıdır

Millət vəkili Vahid Əhmədov parlamentin yaz sessiyasının son iclasında banklardakı problemi yenidən gündəmə gətirib.

O, çıxışında qeyd edib ki, büdcənin icrasına nəzarət yetirdikdə görürük ki, Ümumi Daxili Məhsulda (ÜDM) 0,1 faiz artıma nail olunub:

“Ancaq artımın əsaslı olmamasının səbəbi bankların kredit qoyuluşlarının azalması ilə bağlıdır. Bu gün Azərbaycanda 30 bank var. Onlardan yalnız 4-5 bank iqtisadiyyatda kapitallaşma həyata keçirir. Qalan banklar isə kapitallaşma həyata keçirmir. Ona görə də bankların sağlamlaşdırılması prosesinə start verməliyik ki, ÜDM-nin həcmində artıma nail olaq. Yalnız Beynəlxalq Bankın dövlət büdcəsinin hesabına sağlamlaşdırılması həyata keçirildi. Bunun üçün 10 milyarda yaxın pul sərf olundu.

Bu, digər banklara da şamil olunmalıdır. Həmçinin dövlət büdcəsində vergi güzəştlərindən azad olunma məsələsi var. Hesab edirəm ki, dövlət büdcəsində vergi güzəştlərinin məbləği açıq göstərilməlidir”.

Deputat Əli Məsimli də çıxışında bankların sağlamlaşdırılmasını vacib hesab edib. O qeyd edib ki, bunun üçün onların real iqtisadiyyata yaxınlaşdırılmasını təmin etmək lazımdır:

“Əslində bununla ölkədə qeyri-neft sektorunun inkişafına, ondan gələn gəlirlərin artırılmasına nail olmaq mümkündür. Yoxsa banklarla bağlı problem elə öz yerində qalacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            974 31.05.18 13:50