Leyla Əliyeva sahibsiz itlərin güllələnməsinin qarşısını aldı: Bundan sonra... » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |     13:09 Ronaldu gələcəyi ilə bağlı qərar verdi  |     12:23 Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar  |    

Leyla Əliyeva sahibsiz itlərin güllələnməsinin qarşısını aldı: Bundan sonra...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sahibsiz itlərlə mübarizənin humanistləşdirilməsi və beynəlxalq standartlara uyğun metodların tətbiqi təşəbbüsü ilə çıxış edib.

Bu sahədə artıq müvafiq işçi qrupu yaradılıb. İşçi qrupunun üzvləri sahibsiz itlər üçün müvəqqəti sığınacaqların yaradılması, sahibsiz heyvanlarla mübarizənin humanistləşdirilməsi, həmçinin bu sahədə yeni qanunvericiliyin hazırlanması ilə məşğul olacaqlar.

Hazırda işçi qrupunun bu sahədə digər ölkələrin təcrübəsini araşdırdığı, sahibsiz itlərlə mübarizə sahəsində humanizm prinsiplərinə və beynəlxalq standartlara əsaslanan metodların tətbiqi üzərində də işlədiyi bildirilir.

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin sahibsiz heyvanlara qarşı mübarizə sahəsi üzrə fəaliyyəti yenidən təşkil ediləcək. Artıq İdarənin 7 əməkdaşının sahibsiz heyvanlara qarşı mübarizədə yol verdiyi nöqsanlara, qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edildiyi deyilir.

Beləliklə, Leyla Əliyevanın təşəbbüsü ilə sahibsiz itlərin güllələnməsinin qarşısı alınıb. Bundan sonra paytaxtda sahibsiz itlərin tutularaq sterilləşdiriləcəyi və birkalanacağı gözlənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 157 31.05.18 12:21