Bakıdakı kəskin qoxunun əsas səbəbi açıqlandı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |     13:09 Ronaldu gələcəyi ilə bağlı qərar verdi  |     12:23 Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar  |     12:16 İsrailin keçmiş müdafiə naziri deputat mandatından imtina edib  |    

Bakıdakı kəskin qoxunun əsas səbəbi açıqlandı - VİDEO

Bakıdakı kəskin qoxunun əsas səbəbi neft emalı zavodunun zərərli tullantılarının həddindən artıq çox havaya buraxılmasıdır.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırma komissiyasının üzvü Mirsalam Qəmbərov deyib.



“Mənbədən alınan tullantı texnologiyaya uyğun ola bilər. Lakin atmosferə atılanda bu atmosfer havası üçün zərərli ola bilər. Ayrılan tullantıların atmosfer havası üçün zərərsiz olması üçün bütün lazımı tədbirlər görməkdə istehsalçı müəssisələr öhdəlik daşıyır.

Qanunvericiliyin tələbi pozulursa, qanunamüvafiq tədbir görülməlidir. Buna uyğun protokol tərtib edilib. İşçi qrupumuz hazırda pis qoxu yayılan ərazilərdə ətraf mühitə vurulan ziyanı hesablayır, yaxın günlərdə bu rəqəm açıqlanacaq.

Heç kim düşünməsin ki, bu vaxta qədər belə bir problem var idi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparmır. Biz artıq bununla bağlı işə başlamışıq. Zavoda xəbərdarlıq edilib. Artıq onlar reqlamentə uyğun işlərə başlamalıdılar”, - deyə M.Qəmbərov bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 625 11.05.18 13:43