Nazirlik havadakı qoxuya görə restoranları günahlandırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |     13:09 Ronaldu gələcəyi ilə bağlı qərar verdi  |    

Nazirlik havadakı qoxuya görə restoranları günahlandırdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimai-iaşə obyektlərinin fəaliyyəti zamanı ayrılan tüstünün, qazların və iy-qoxunun yayılmasının atmosfer havasını zərərli maddələrin təsirinə məruz qoyması barədə məlumat yayıb.

Nazirlikdən oxu.az-a verilən məlumata görə, bununla bağlı vətəndaşlardan ETSN-yə çoxsaylı müraciətlər daxil olduğundan nazirlikdə araşdırma komissiyası fəaliyyətə başlayıb.

Komissiya tərəfindən Bakı şəhərinin rayonlarında yerləşən şadlıq evlərinin və digər ictimai-iaşə obyektlərinin fəaliyyət göstərdiyi müddətdə onların ətraf ərazilərində monitorinqlər aparıb, atmosfer havasında zərərli qaz birləşmələrinin miqdarının ölçülməsi məqsədilə hava nümunələri götürülüb.

Nümunələr üzərində aparılmış fiziki-kimyəvi analizlərin nəticələri göstərib ki, atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol verilən qatılıq həddindən dəfələrlə artıqdır ki, bu da insanlarda diskomfort yaradır və onların sağlamlığına mənfi təsir göstərir.

Bu cür fəaliyyət Azərbaycan Respublikasının “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında” qanunlarının, habelə Nazirlər Kabinetinin müvafiq Qərarlarının və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə ziddir.

Qanunvericiliyin tələblərinə riayət edilmədən fəaliyyətin davam etdirilməsi İnzibati Xətalar Məcəlləsi ilə müvafiq inzibati məsuliyyətə səbəb olur.

İctimai-iaşə obyektlərində müasir standartlara cavab verən qurğu və avadanlıqların quraşdırılması, atmosferə atılan tullantıların azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yerli icra hakimiyyətlərinə və ictimai-iaşə obyektlərinin sahiblərinə müvafiq məktublar göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 931 11.05.18 13:07