Ağacları kəsib, günahı dovşanların üzərinə atdı - Bakıda - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |    

Ağacları kəsib, günahı dovşanların üzərinə atdı - Bakıda - VİDEO

Bakıda 27 ağac bir gündə kəsilərək yararsız hala salınıb.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində baş verib. Köhnə zavodlardan birinin həyətində məskunlaşan məcburi köçkün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib ki, onlarla bir həyətdə qalan şəxs xeyli sayda ağacları kəsib.
Dərhal Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları əraziyə gələrək baxış keçiriblər. Müəyyən olub ki, Ağdamdan olan məcburi köçkün Elbrus İsmayılov 27 ədəd müxtəlif cinsli ağacları kəsib. Ərazidə çəkiliş apardığımız zaman Elburus İsmayılov da gəldi. O, əvvəlcə çəkiliş aparmağımıza mane olmaq istədi. Buna rəğmən Elbrus İsmayılovdan sağlam ağacları niyə kəsməsinin səbəbini soruşduq.

Elbrus İsmayılov ağacları kəsdikdən sonra izi itirmək məqsədi ilə yerdə qalan kötük hissəsinə qır töküb. O, daha sonra ağacları kəsmədiyini, nə qədər gülməli səslənsə də, onların həyətdə olan dovşanlar tarəfindən bu vəziyyətə salındığını dedi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirdi ki, Elbrus İsmayılov ağacları qanunsuz olaraq kəsib. O ki qaldı onun ağacı "özüm almışam istədiyim vaxt kəsə bilərəm" deməsinə, İradə İbrahimova deyib ki, belə bir qayda yoxdur.

Elə buna görə də Elbrus İsmayılov Nazirliyin əməkdaşları tərəfindən 12 min 450 manat məbləğində cərimə edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 813 11.05.18 12:57