1941-ci ildə İkinci dünya müharibəsi başlayan zaman almanlar Sofya Sokolovanın doğma Smolensk vilayətinə gələndə onun cəmi 13 yaşı vardı. Almanların onun yaşadığı Krutoye kəndini ələ keçirəndən sonra o, Belarusda əsir düşərgəsinə göndərilib.
Deyir ki, ilk vaxtlar almanlar sakin davransalar da, sonradan insanları və heyvanlara qarşı qəddarlıq ediblər. Sofya Sokolovanın 2 qardaşı cəbhədə döyüşüb, bir qardaşı isə başqa əsir düşərgəsində olub. Onun döyüşən qardaşlarından biri Bakıda imiş.
O, əməliyyat olduğu üçün Sofya Sokolova da qardaşının qeydinə qalmaq üçün 1956-cı ildə Azərbaycana gəlib. O vaxtdan burada yaşayan xanım Sokolova bir daha müharibə görmək istəmədiyini deyir.