İkinci Dünya müharibəsində Qələbənin 73-cü ildönümü ilə bağlı Bakıda maraqlı tədbir keçirilib.
Ttədbir ilk öncə motosiklet və retro avtomobillərinin yürüşü ilə başlayıb.
Yürüşə "Motostorm", "Retro avto" və digər klublar yürüşə qoşulublar.
"Bu gün babalarımız. Nənələrimiz vətən uğrundan canlarından keçiblər", - deyə "Motostorm" klubunun nümayəndəsi Namiq Əhmədzadə BAKU.WS-ə açıqlamasında bildirib.
Daha sonra tədbir Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olunub. Tədbirdə müharibə veteranları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib.