Bəxtiyar Hacıyevdən “Azercell”lə bağlı ŞOK İDDİA - 4 milyon abonentin məlumatları yayıldı (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |     13:09 Ronaldu gələcəyi ilə bağlı qərar verdi  |     12:23 Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar  |     12:16 İsrailin keçmiş müdafiə naziri deputat mandatından imtina edib  |     11:53 Rusiyada Kazan hava limanının fəaliyyəti məhdudlaşdırıldı  |     11:37 Cəlilabadda üç gün əvvəl ölmüş kişinin meyiti TAPILDI  |     11:28 Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralılar var  |     11:26 Avtobus dayanacağının nişanı var, özü isə yoxdur - Sərnişinlərdən ŞİKAYƏT (VİDEO)  |     11:18 Polis miqrantların yaşayış yerlərinə daxil ola biləcək: Rusiyada yeni qaydaların DETALLARI  |    

Bəxtiyar Hacıyevdən “Azercell”lə bağlı ŞOK İDDİA - 4 milyon abonentin məlumatları yayıldı (VİDEO)

İctimai fəal Bəxtiyar Hacıyev “Azercell” şirkətini ittiham edib.

Bəxtiyar Hacıyev mobil operatoru abonentlərin fərdi məlumatlarını internetdə yayılmasında günahlandırır.

İctimai fəalın iddialarını təqdim edirik:

"Azercell ilə bağlı qalmaqallı faktı açıqlamağın vaxtı çatdı. Onlar bütün iradlara "qanun pozmuruq" deyə cavab verirlər. Ciddi qanun pozuntusu, fərdi məlumatların qorunmaması ehtimalı olan bir faktı açıqlamağın vaxtı çatıb.

Facebook 2.2 milyard istifadəçisindən cəmi 50 milyonunun (~2 faiz) hansısa (!) fərdi məlumatlarını bircə şirkətə sızdırmışdı, xeyli problemlərlə üzləşdi. Azercellin isə təxminən 4 milyon abunəçisinin bütün fərdi məlumatları - nömrə, ad, soyad, ata adı, ünvan, şəxsiyyət vəsiqəsi, pasport nömrəsi, doğum tarixi və s. internetdə, əllərdə gəzir. Zəng edib, buna açıqlama almağın vaxtı çatdı. 4 ay əvvəl müraciət etmişdim ki, bizim məlumatlar niyə internetdə gəzir, cavab vermədilər. Nə də müştərilərin xeyrinə hansısa islahatlar etmədilər. Birlikdə zəng edək,o bazanı canlı yayımda nümayiş etdirək, soruşaq, görək nə deyirlər?"

“Azercell” şirkətinin nümayəndəsi isə ittihamların qeydiyyata alındığını və faktla bağlı qısa müddət ərzində araşdırma aparılacağını bildirib./baku.ws
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 363 20.04.18 13:10