Diqqət! Cərimə olunanlar bu xəbəri mütləq oxusunlar – VIDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |     13:09 Ronaldu gələcəyi ilə bağlı qərar verdi  |     12:23 Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar  |     12:16 İsrailin keçmiş müdafiə naziri deputat mandatından imtina edib  |     11:53 Rusiyada Kazan hava limanının fəaliyyəti məhdudlaşdırıldı  |     11:37 Cəlilabadda üç gün əvvəl ölmüş kişinin meyiti TAPILDI  |     11:28 Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralılar var  |     11:26 Avtobus dayanacağının nişanı var, özü isə yoxdur - Sərnişinlərdən ŞİKAYƏT (VİDEO)  |     11:18 Polis miqrantların yaşayış yerlərinə daxil ola biləcək: Rusiyada yeni qaydaların DETALLARI  |    

Diqqət! Cərimə olunanlar bu xəbəri mütləq oxusunlar – VIDEO

ARB TV-nin “Günə doğru” verilişində cərimələrin ödənilməsi zamanı yaşanan problemlərlə bağlı süjet efirə gedib.

Sürücülər bəzən cərimə protokollarının ödənilməsi zamanı problemlərlə qarşılaşırlar. Problem inzibati xətaya yol vermiş sürücünün barəsində yazılmış protokolun sistemə köçürülməməsindən qaynaqlanır.

Sürücü cəriməni ödəmək üçün banka və ya poçta yaxınlaşanda çətinliklə üz-üzə qalır. Çünki oradan bildirirlər ki, cərimə sistemə oturmayıb. Belə olan halda da sürücülər də protokol cərimələrini ödəyə bilmirlər və sürücü məcbur olur ki, DYP-yə getsin və protokolu sistemə daxil etdirsin.

Ərşad Hüseynov (ekspert): “Əgər sürücünün elektron kabineti varsa, həmin prokotol o kabinetə 1 ay ərzində yerləşdirilməzsə, sürücü həmin inzibati qayda pozuntusuna görə, məsuliyyətdən azad olunur. 1 aylıq möhlət var”.

Bəzən də elektron protokol sürücüyə göndərilmiş olsa da, sürücü aylarla banka gedərək onu ödəyə bilmir.

Ərşad Hüseynov: “İnternet vasitəsilə ödəmək mümkün olmalıdır. Bank və poçtlardakı ödəniş sistemləri ilə inteqrasiya yoxdur deyə, vətəndaşlar çətinlik çəkirlər. Sistem qüsurudur”.

Digər problem isə sürücülərin qeydiyyat ünvanı ilə bağlıdır.

Tural Niftalıyev (Şəki DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru): “Yol patrul xidmətinin inspektorları həmin cərimələri yerində aktivləşdirə bilirlər. Avtomobil sonuncu dəfə kimin adına qeydiyyata alınıbsa, həmin ərazi üzrə DYP-ya göndərilir”.

Xarici təcrübədə isə tam fərqlidir.

Ərşad Hüseynov (ekspert): “Sürücü yolun bu başında radara düşürsə, onun barəsində elektron protokol tərtib olunur. Küçənin o başına çatana kimi sms gəlir. Küçənin o başında banka ödəyir və çıxıb gedir”.

Tural Niftalıyev (Şəki DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru): “Sürücü həmin məktubu qəbul etməyibsə, məlumatlandırılmamışdırsa, qərar qəbul edilmir. Əgər qərar qəbul edilmirsə, 1 il keçərsə, o cərimələr xitam olunur”.

Əgər göndərilmiş məktuba etiraz olunmursa, 30 gün ərzində cərimə ödənməlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 213 19.04.18 17:43