Qardaşından hamilə qaldığı deyilən qız barəsində yeni məlumat – “…qızı şərləyirlər” » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |     13:09 Ronaldu gələcəyi ilə bağlı qərar verdi  |     12:23 Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar  |     12:16 İsrailin keçmiş müdafiə naziri deputat mandatından imtina edib  |     11:53 Rusiyada Kazan hava limanının fəaliyyəti məhdudlaşdırıldı  |     11:37 Cəlilabadda üç gün əvvəl ölmüş kişinin meyiti TAPILDI  |     11:28 Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralılar var  |     11:26 Avtobus dayanacağının nişanı var, özü isə yoxdur - Sərnişinlərdən ŞİKAYƏT (VİDEO)  |     11:18 Polis miqrantların yaşayış yerlərinə daxil ola biləcək: Rusiyada yeni qaydaların DETALLARI  |    

Qardaşından hamilə qaldığı deyilən qız barəsində yeni məlumat – “…qızı şərləyirlər”

Hacıqabul rayonu Meyniman kənd məktəbinin 7-ci sinif şagirdinin ögey qardaşından 4 aylıq hamilə olması xəbəri yayılıb.

Median.Az xəbər verir ki, baş verən dəhşətli hadisə ilə bağlı sözügedən təhsil ocağının direktoru Elman Abdullayev Yenicag.az-a açıqlama verib:

“Əvvələn, qız 7-ci yox, 9-cu sinif şagirdidir. Qızın atası çoxdan rəhmətə gedib, anası ikinci dəfə ailə həyatı qurub. Ögey atasının iki ovladı var: qızı ərə gedib, oğlu da əsgərlikdən qayıdıb. Nümunəvi ailə olub. Adı hallanan bu qız çox abırlı-həyalı şagird olub, hələ onun barəsində mənfi fikir eşitməmişik. Çox da yaxşı oxumur, amma arzusu kollecə daxil olmaqdır. Biz onun qarnının böyüməsini hiss etməmişik. Dünən müəlliməmiz də yanına getmişdi, qız and-aman edir ki, belə şey yoxdur. Oğlan da ağıllı oğlandır, özünə ev tikdirir, zəhmətlə yaşayan uşaqdır. O da and içir ki, mənlik deyil. İşi hüquq mühafizə orqanları araşdırır. Biz qabaqcadan heç nə deyə bilmərik. Kənd yeridir, adət-ənənə, mentalitetimiz var, həssas məsələdir, burda qızın gələcək taleyini də düşünmək lazımdır. Ehtimal var ki, qızı şərləyirlər. Ailə, də, məktəbimizin kollektivi də bu xəbərə inanmır”.

Hacıqabul rayon Polis Şöbəsindən bildirildi ki, bacısı ilə intim əlaqədə olan qardaş artıq həbs edilib. Cinayət işinin istintaqını prolurorluq aparır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 784 19.04.18 17:37