Rayon qeydiyyatlı avtomobil sürənlərin – DİQQƏTİNƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |     13:09 Ronaldu gələcəyi ilə bağlı qərar verdi  |     12:23 Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar  |     12:16 İsrailin keçmiş müdafiə naziri deputat mandatından imtina edib  |     11:53 Rusiyada Kazan hava limanının fəaliyyəti məhdudlaşdırıldı  |     11:37 Cəlilabadda üç gün əvvəl ölmüş kişinin meyiti TAPILDI  |     11:28 Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralılar var  |     11:26 Avtobus dayanacağının nişanı var, özü isə yoxdur - Sərnişinlərdən ŞİKAYƏT (VİDEO)  |     11:18 Polis miqrantların yaşayış yerlərinə daxil ola biləcək: Rusiyada yeni qaydaların DETALLARI  |    

Rayon qeydiyyatlı avtomobil sürənlərin – DİQQƏTİNƏ

Keçiriləcək növbəti “Formula-1” Azərbaycan Qran-Prisi yarışları ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq 2015-ci ilin protokoluna uyğun Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədi ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı şəhərində qeydiyyatda olmayan minik və yük maşınlarının paytaxta girişinə aprel ayının 23-dən məhdudiyyət tətbiq ediləcək.

Bu haqda  Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda piyadaların və nəqliyyat vasitələrinin şəhər daxilində rahat və fasiləsiz hərəkətinin təşkili ilə bağlı paytaxta gəlmək istəyən rayon sakinlərinə tövsiyə edir ki, respublikanın digər regionlarında qeydiyyatında olan fərdi avtomobillərin Bakı şəhərində əlavə nəqliyyat sıxlığı yaradacaqlarını nəzərə alaraq paytaxta gəlmək üçün müasir və komfortlu avtobuslardan, Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə etsinlər.

Bakı şəhərinə girişi məhdudlaşdırılan nəqliyyat vasitələri ilə gəlmək məcburiyyətində qalan sakinlər üçün isə ötən illərdə olduğu kimi, şəhərin giriş hissələrində hər bir lazımi şəraitlə təchiz olunmuş mühafizə olunan ödənişsiz duracaqlar təşkil edilib ki, sakinlər həmin duracaqlarda öz avtomobillərini saxlamaqla xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metrostansiyasına gedə, habelə taksi xidmətlərindən istifadə edə bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 722 19.04.18 11:48