Jurnalisti döyən yüksək vəzifəli məmur imiş – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |     13:09 Ronaldu gələcəyi ilə bağlı qərar verdi  |     12:23 Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar  |     12:16 İsrailin keçmiş müdafiə naziri deputat mandatından imtina edib  |     11:53 Rusiyada Kazan hava limanının fəaliyyəti məhdudlaşdırıldı  |     11:37 Cəlilabadda üç gün əvvəl ölmüş kişinin meyiti TAPILDI  |     11:28 Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralılar var  |     11:26 Avtobus dayanacağının nişanı var, özü isə yoxdur - Sərnişinlərdən ŞİKAYƏT (VİDEO)  |     11:18 Polis miqrantların yaşayış yerlərinə daxil ola biləcək: Rusiyada yeni qaydaların DETALLARI  |    

Jurnalisti döyən yüksək vəzifəli məmur imiş – FOTO

Xəbər verdiyimiz kimi, aprelin 9-da səhiyyə naziri Oqtay Şirəliyevin işarəsi ilə jurnalist Famil Fərhadoğlunun (İbrahimov) döyülməsi ilə bağlı istintaq işi Yasamal rayon 28-ci polis bölməsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) verilib.

Artıq jurnalistə qarşı cinayət hadisəsini törədən şəxslərin də kimliyi müəyyənləşib. Onlar Namiq Əliyev və Riad Paşayevdir.

Median.Az xəbər verir ki, Unikal.org-un apardığı araşdırmaya görə, jurnalist Famil Fərhadoğluna sillə vuran və yumruq ataraq ona hücum edən Riad Ceyhun oğlu Paşayev “Azərtürkbank”ın Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 64/75 ünvanında yerləşən Bakı filialının müdiri vəzifəsində çalışır. Yəqin ki, “Azərtürkbank”ın rəhbərliyi məsələ ilə bağlı məlumatlanandan sonra jurnalistə qarşı zorakılıq edərək qanunları kobud şəkildə pozan filial müdiri Riad Paşayevlə bağlı ciddi ölçü götürəcək. Çünki filial müdirinin bu hərəkəti “Azərtürkbank”ın imicinə və işgüzar nüfuzuna xələl gətirir.

Qeyd edək ki, jurnalisti döyən Riad Paşayevin anası Validə Paşayeva bizimyol.info saytına verdiyi müsahibəsində oğlu və səhiyyə naziri Oqtay Şirəliyevə yaxın olan Namiq adlı şəxs tərəfindən jurnalisti döymələrini təsdiq etmişdi. Bir daha xatırladaq ki, V.Paşayeva da Səhiyyə Nazirliyinin əməkdaşıdır.

Bizim Yol xəbər verir ki, Unikal.org-a daxil olan digər məlumata görə jurnalist Famil Fərhadoğluna hücum edib telefonunu əlindən alan Namiq Əliyev Səhiyyə Naziri Oqtay Şirəliyevin ən yaxın adamlarından biri hesab olunur. Qısa müddətdə Namiq Əliyevin vəzifəsi və onun haqqında digər məlumatları oxucuların diqqətinə çatdıracağıq.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 496 18.04.18 18:04