Paytaxtın mərkəzi yolları bağlanacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |     13:09 Ronaldu gələcəyi ilə bağlı qərar verdi  |     12:23 Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar  |     12:16 İsrailin keçmiş müdafiə naziri deputat mandatından imtina edib  |     11:53 Rusiyada Kazan hava limanının fəaliyyəti məhdudlaşdırıldı  |     11:37 Cəlilabadda üç gün əvvəl ölmüş kişinin meyiti TAPILDI  |     11:28 Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralılar var  |     11:26 Avtobus dayanacağının nişanı var, özü isə yoxdur - Sərnişinlərdən ŞİKAYƏT (VİDEO)  |     11:18 Polis miqrantların yaşayış yerlərinə daxil ola biləcək: Rusiyada yeni qaydaların DETALLARI  |     16:54 İşdən çıxmasını istəyən ərini həbs etdirdi  |     13:00 Rusiyadan Avropaya qaz böhranı: Ukrayna üzərindən tranzit tamamilə dayandırıldı  |     12:59 Əksər rayonlarda hava yağmursuz keçib - FAKTİKİ HAVA  |    

Paytaxtın mərkəzi yolları bağlanacaq

“Formula-1” Azərbaycan Qran-Prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Bunu Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

Məlumata görə, məhdudiyyət yarışın hərəkət marşrutu üzrə kəsişən küçə və yollarda aprel ayının 22-dən 23-nə keçən gecədən etibarən tədbir tam başa çatana qədər davam edəcək.

Yarışının keçirilməsi ilə əlaqədar Bakı şəhər halqası kimi tanınan ərazi üzrə - Azneft, Dənizkənarı bulvar boyunca – Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də, həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilir.

Qeyd edilən istiqamət üzrə avtomobillərin hərəkəti Bakı-Salyan yolunun 14-cü kilometrindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən, 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşfiq, Mətbuat prospekti istiqamətinə, Bayıl qəsəbəsindən isə Teymur Elçin, yaxud Mehdi Hüseyn küçələri vasitəsilə tənzimlənir.

Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və 20-ci sahə qəsəbələri, eləcə də, cənuba doğru gedən sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyyədin Cəlilov – Yusif Səfərov, Yusif Səfərov – 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşfiq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 468 18.04.18 12:07