Məşhur şairə efirdə ağladı: "Könül Xasıyevaya yalvardım, dərman pulu istədim" (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |     20:17 Fatma Mahmudova xəstəxanaya YERLƏŞDİRİLDİ  |     19:55 Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA  |     19:44 Ukraynaya 12-ci hərbi yardım paketi ayrılacaq  |     19:31 Bakıda 75 yaşlı kişiyə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:19 Universitet müəllimi vəfat etdi  |     19:10 Fransada "Binance"a qarşı çirkli pulların yuyulması iddiası qaldırıldı  |     19:09 “Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib  |     19:08 Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb  |     19:07 Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək  |     19:05 709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq  |    

Məşhur şairə efirdə ağladı: "Könül Xasıyevaya yalvardım, dərman pulu istədim" (VİDEO)

ARB TV-nin "Sirdaş Rövşanə” proqramına müraciət edən məşhur mahnıların söz yazarı olan şairə yardım istəyib.

"Bağban məni yaralama”, "Ana Kürüm” və s. kimi məşhur mahnıların söz yazarı olan Şərafət Dağıstanlı çətin vəziyyətdə olduğunu və yardıma ehtiyacı olduğunu bildirib.

"Sirdaş Rövşanə” proqramının çəkiliş qrupu 81 yaşlı şairənin yaşadığı evdə qonaq olub:

"Mən havadayam. Mənim adıma evim belə yoxdur. Bir qızım və bir nəvəm var. Onlar da kirayə yaşayırlar. Bu yaşadığım ev də xaricdə yaşayan bir qohumumundur. Dedilər ki, Şərafət xala, nə qədər istəyirsiz burada qalın. 3 il bu evdə soyuqdan donmuşam. Şairə olduğum üçün peşman olmuşam. O qədər mahnım oxunur, lakin məni nəzərə alan yoxdur. Könül Xasıyevaya o qədər yalvarmışam ki, Könül, heç olmasa adımı çək. Cavab verir ki, o xalq mahnısıdır”.

Şairə ustad xanəndə Xan əmi ilə tanışlığından da bəhs edib:

"Şövkət Ələkbərova, Nəzakət Məmmədova ilə çox yaxın idik. Şuşada olanda Xan əmi gəlib dedi ki, ay gözəl, nə yazırsan? Dedim ki, şeirlər. Qarabağ haqqında şerimi oxuyub dedi ki, haralısan? Dedim ki, Dağıstan tərəfdən. Dedi ki, ancaq Qarabağ qanı olan biri bunu yaza bilər”.

Şərafət Dağıstanlı Könül Xasıyevadan başqa Tacirdən də yardım istəməsinin cavabsız qaldığını söyləyib:

"Çox pis vəziyyətdə yatırdım. Tacirə dedim ki, oğlum, mahnımı oxuyursan, heç olmasa mənə dərman pulu ver. Dedi ki, edərəm, edərəm, o da qaldı”.

Daha sonra efirə qonaq gələn şairə efirdən bir daha yardım istəyib. Aparıcı Rövşanənin sədəqə belə toplamısız sualını isə ağlayaraq təsdiqləyib:

"Ağlıma belə bir mövzu ilə efirə çıxacağım gəlməzdi. Hər kəsə deyirəm ki, cavanlıqda özünüzə gün ağlayın. Ömür boyu işləmişam. Dünya Azərbaycanlılar Konqresinin və AYB-nin üzvüyəm. Evim var idi. Qızımın uşağı doğulan zaman ehtiyacdan məcbur olub satdım”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 555 30.03.18 16:21