Bu gün və sabah hava şəraitinin qeyri-sabit olması ilə əlaqədar dünən zəruri növbətçilərdən başqa, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz özüllərində çalışan 1 000 nəfərdən çox neftçi quruya təxliyyə olunub.
Bu barədə SOCAR məlumat yayıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti güclü küləklə bağlı məlumat yayıb.
Martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcək, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 18-23, arabir 25-30 m/s təşkil edəcək, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.