“WhatsApp” istifadəçilərini izləməyə imkan verən proqram yaradıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |     20:17 Fatma Mahmudova xəstəxanaya YERLƏŞDİRİLDİ  |     19:55 Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA  |     19:44 Ukraynaya 12-ci hərbi yardım paketi ayrılacaq  |     19:31 Bakıda 75 yaşlı kişiyə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:19 Universitet müəllimi vəfat etdi  |     19:10 Fransada "Binance"a qarşı çirkli pulların yuyulması iddiası qaldırıldı  |     19:09 “Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib  |     19:08 Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb  |     19:07 Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək  |     19:05 709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq  |    

“WhatsApp” istifadəçilərini izləməyə imkan verən proqram yaradıldı

“App Store” tətbiq mağazasında istənilən “iPhone” sahibinə “WhatsApp” istifadəçilərini izləməyə imkan verən “Chatwatch” tətbiqi peyda olub.

Median.Az
“Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Lifehacker” məlumat yayıb.

“Dostlarınızın, qohumlarınızın və tabeliyinizdə olan əməkdaşların fəaliyyətinə nəzarət etmək istəyirsinizsə, “Chatwatch”dan istifadə edin” deyə tətbiqin qısa təsvirində yazılır.

Tərtibatçıların sözlərinə görə, proqamı telefona yazan insanlar, həmsöhbətinin sonuncu dəfə nə vaxt tətbiqə daxil olduğunu öyrənə biləcək; qarşı tərəf statusun əks olunması funksiyasını deaktivləşdirdikdə belə.

Tətbiq eyni zamanda istifadəçinin adətən hansı saatlarda yatdığını, hansı saatlarda yuxudan oyandığını göstərəcək.

“Chatwatch” eyni zamanda, əlaqə siyahısında olan insanların bir-birilə nə zaman danışdıqlarını əks etdirə bilir. Bunun üçün tətbiqin xüsusi alqoritmi bir neçə istifadəçinin şəxsi məlumatlarını tutuşdurur.

Tətbiqin “App Store”da 1,99 dollara satıldığı bildirilir. Ödənişi etdikdən sonra istifadəçi əlaqə siyahısında olan iki istifadəçini bir həftə ərzində təqib edə bilir.

Tərtibatçılar əmin edir ki, əldə olunan bütün gəlirlər, ABŞ prezidenti Donald Trampa qarşı çıxan siyasi qeyri-hökumət təşkilatının maliyyələşməsinə sərf olunacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            17 798 30.03.18 11:21