Azərbaycanın rayonlarından birində nəhəng piton ilanı tutuması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu açıqlama verib.
Zoologiya İnstitutunun aparıcı elmi işçisi Sahib Əhmədov sonxeber.az-a açıqlamasında bildirib ki, Azərbaycanda nəhəng piton ilanı yoxdur, yayılan məlumat həqiqəti əks etdirmir.Tapılan ilan isə şərqyatağanıdır, 40 sm uzunluğundadır. Piton ilanı Cənub –Şərqi Asiyada mövcuddur:
"Bizdə həmin ilan növü mövcud deyil. Bu ilan isə şərq yatağanı ilanıdır. 30-40 sm uzunluğunda olur. Əsasən, siçanlarla qidalanır. Quraqlıq ərazilərində yaşayır. Zəngilan, Qubadlı, Lerik, Cəbrayıl, Yardımlı və.s rayonlarımızda yaşayır. Bu ilan növü açıqlıq yerlərdə yaşayır".
S.Əhmədov şərq yatağanı ilanının Bakıətrafı ərazilərdə - Abşeron rayonu , Qobustan, Badamdar, Yasamalda, Şıxova yaxın quraqlı ərazilərdə yaşadığını deyib. Nəhəng pitonu ilanı isə Azərbaycanda yaşamır. Bu ilan növü 12 metr 20 sm uzunluğundadır. Pələng, maral kimi heyvanları udur.
Qeyd edəki yerli mətbuatda Azərbaycanın rayonlarından birində nəhəng piton ilanı tutulması ilə bağlı məlumat yayılıb.