Bakıda qəribə köç: İcra hakimiyyəti 27 ailəni necə “yoxa çıxardı”? - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:00 Azərbaycandakı qadın hakimlərin sayı açıqlandı  |     17:53 Tikinti materialları bahalaşdı - VİDEO  |     17:45 Aşura günü ÜÇ MİNƏ YAXIN şəxs könüllü qan verib  |     17:36 Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ  |     17:19 Azərbaycanda növbəti torpaq hərracları  |     17:16 Laçın Rayon Polis Şöbəsindən ƏMƏLİYYAT: 300-ə yaxın çətənə bitkisi və silah-sursat aşkarlandı  |     16:41 Mingəçevirdə çayda iki kater toqquşub, xəsarət alanlar var  |     16:35 "Tərlan - 2025" təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri Azərbaycana gəliblər  |     16:27 Ərdoğan: "Zəngəzur dəhlizi geoiqtisadi inqilabın tərkib hissəsidir"  |     16:23 Masallıda 78 il sonra ortaya çıxan həqiqət: Çay plantasiyası yaxınlığında əzablı ölüm  |     15:05 “Qardaşı onu körpə qızı ilə yatarkən öldürübmüş...”  |     14:58 Ərdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginlikdən danışdı  |     14:53 İki gün əvvəl avtobusun vurduğu qadın XƏSTƏXANADA ÖLDÜ  |     14:46 Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq  |     14:39 Yaponiyada güclü zəlzələ olub  |     14:19 Polşa Rusiyaya nota verdi  |     14:18 Şəkidə avtomobil qəzası: Ürəktutması sürücünü həyatından etdi  |     14:13 Türkiyədə üç bələdiyyə başçısı SAXLANILDI  |     14:11 “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda – Bu dəfə “sağ əli”ndən şikayət edib  |     14:08 Ermənistanda müxalif hərəkat lideri iki ay müddətinə həbs edilib  |    

Bakıda qəribə köç: İcra hakimiyyəti 27 ailəni necə “yoxa çıxardı”? - FOTO

Bir müddət əvvəl paytaxtın Babək prospekti 87 ünvanında yerləşən 1 saylı yataqxananın sakinlərinin vəziyyəti haqqında yazı hazırlamışdıq. Yataqxanada 112 məcburi köçkün və qaçqın, şəhid ailəsinin yaşadığını qeyd etmişdik.

Sakinlərin dediyinə görə, 2 dəfə – 2014 və 2016-cı illərdə bina qəzalı elan edilib. 2017-ci ildə isə, Fövqəladə Hallar Nazirliyi Dövlət Tikintiyə Nəzarət Agentliyi tərəfindən binaya bərpa-gücləndirilmə aktı yazılıb.

Artıq 10 günə yaxındır ki, həmin ünvandakı sakinlər köçürülür və onlara kompensasiya ödənilir.

Sakinlər sputnik.az-a bildiriblər ki, bina qəzalı vəziyyətdə olduğuna görə, onun sökülməsinə qərar verilib və oradan köçürülən ailələrə kompensasiya ödənilib.

Bununla yanaşı, yataqxanada məskunlaşmış 112 ailədən 27-nə kompensasiya verilməyib. Nədənsə, Nizami Rayon İcra Hakimiyyətində (RİH) hesab edirlər ki, həmin ailələr heç vaxt burada yaşamayıb.

Bina sakini Ərkinaz Ağayeva deyir ki, yataqxanada 112 otaq var və onlardan 54-ü qaçqın ailələrinə aiddir: “Qalanı “kupça”lı otaqlardır. Bəli, burada özünə əlavə otaqlar düzəldənlər də var. Onların hamısına pul verilib, çıxarılıb. Amma 54 məcbur köçkün ailəsindən 27-nə kompensasiya verilir, digər 27 ailəyə isə nə ev, nə də pul verilir. Halbuki, onların otaqları nömrəlidir”.

“Bunu Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri də yoxlayıblar. Gəliblər, qeydiyyat aparıblar, guya araşdırıblar ki, kim burada yaşayır, kim yaşamır. Burada yaşayan insanları çıxarıb, çölə tökmək istəyirlər” — Ə.Ağayeva bildirir.

Fizuli rayon köçkünü Sona Sadıqova 1993-cü ildən bu binada yaşadığını diqqətə çatdırır: “Amma bu gün Nizami Rayon İcra Hakimiyyətindən mənə dedilər ki, “sən bu binada yaşamamısan”. Necə olur, illərlə MİS mənə arayış verib, ünvanım bura olub. 5 nömrəli otaqda yaşamışam. İndi deyirlər ki, “yox, sən bu binanın sakini deyilsən”.

Sakinlərin binadan çıxarılması prosesində Nizami RİH-in adını çəkməyən bir əməkdaşı da vardı. Məsələ ilə bağlı onun fikirlərini öyrənmək istəsək də, heç bir açıqlama vermədi. Bundan əlavə, Nizami RİH-in İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. İstənilən halda, qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 677 16.03.18 16:23