Hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:50 Pensilvaniyada zavod partlayışı nəticəsində 10-dan çox insan xəsarət alıb  |     18:45 Ürək sağlamlığını effektiv şəkildə gücləndirən təbii maddələr açıqlanıb  |     18:44 Böyük Britaniyada 300 min il öncə adalarda yoxa çıxmış ilanlar tapılıb  |     18:41 Bakı-Quba yolunda 20 yaşlı oğlanı maşın vurub  |     18:26 "İnter Mayami" klubu yeni mövsüm üçün formalarını təqdim edib  |     18:14 Naxçıvanda iki qurumdan birgə əməliyyat: "Smerç" raketinin hissəsi tapıldı  |     17:53 Şamaxıda yaşadığı evdə avtomat gizlədən şəxs tutulub - FOTO  |     17:33 İkiqat dünya çempionumuz milli komandanın heyətindən çıxarılıb - SƏBƏB  |     17:32 Səudiyyə Ərəbistanı uşaqların Həcc ziyarətinə gətirilməsini QADAĞAN ETDİ  |     17:31 Cənub rayonlarında güclü qar elektrik şəbəkələrində qəzalara səbəb oldu  |     17:28 Kənd Təsərrüfatı Nazirliyi: “Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir”  |     17:27 Almaniya miqrasiya sahəsində sərt addımlar atacaq  |     17:26 Əfv Komissiyasının növbəti iclasının vaxtı AÇIQLANDI  |     17:25 Prezidentin köməkçisi: "Hazırda Azərbaycan 54 ortagəlirli ölkələr sırasındadır"  |     17:22 Qəzzada ilk səhra hospitalı qurulub  |     17:21 Kanye Uestin 33 milyon izləyicisi olan "X" hesabı bağlanıb  |     17:18 Sumqayıtda kişi meyiti tapılıb  |     17:02 Kainatdakı ən böyük struktur aşkar olunub  |     16:53 Məşhur amerikalı müğənni barədə filmin nümayişi ləğv edildi  |     16:52 Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb  |    

Hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında martın 11-də havanın tutulub açılacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Böyük Qafqazın ayrı-ayrı yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Martın 12-si gündüzdən 13-ü səhərədək bəzi rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi martın 12-də arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 412 10.03.18 13:07