Mojo.az Banner
23:01 Lifti və qaz xətti olmayan bina: Sumqayıtda vətəndaşlar təhlükə ilə üz-üzə - VİDEO  |     22:50 Samuxda ağır qəza: Ölənlər var  |     22:32 Rəşad Sadıqovdan etiraf: "Onlar bizdən daha hazırlıqlı idilər"  |     22:20 İcra başçısından yeni təyinat  |     22:13 İran Hörmüz boğazını yenidən bağlayacaq  |     22:06 "Xaricdəki hərbi münaqişələrə qoşulanlar vətəndaşlıqdan məhrum edilə bilərlər" - VİDEO  |     22:00 Rusiyadakı azərbaycanlılara bəd xəbər - Bundan sonra...  |     21:53 İrandakı nüvə obyektlərini izləyirik - Tramp  |     21:46 Balakəndə selin apardığı kişinin meyiti tapıldı - YENİLƏNİB  |     21:31 Rusiya dizel yanacağının ixracına qadağa qoydu  |     21:20 Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO  |     21:11 "Qarabağ"ın heyətində dəyişiklik gözlənilir? - Baş məşqçidən açıqlama  |     21:04 DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi  |     20:56 “Aeroflot” təyyarəsi müəmmalı şəkildə yoxa çıxdı  |     20:50 Akademik Əjdər Məcidov vəfat etdi  |     20:43 Elvin sabahkı matçda oynayacaq? - Açıqlama  |     20:38 İranda liman vuruldu, yaralılar var  |     20:36 Bakı-Balakən qatarının hərəkəti dəyişir  |     20:30 Almaniyada gimnaziyada atışma - azı dörd nəfər yaralanıb Almaniyada gimnaziyada atışma - azı dörd nəfər yaralanıb  |     20:21 "Zirə" - "Torpedo Kutaisi": Komandaların start heyətləri açıqlandı  |    
Left Banner
Right Banner

İlk sınaq imtahanına qeydiyyat başlayır – Abituriyentlərin nəzərinə

06.03.2018 16:46 3 069
İlk sınaq imtahanına qeydiyyat başlayır – Abituriyentlərin nəzərinə
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 1-də ilk sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

Aprelin 1-də keçiriləcək sınaq imtahanına qeydiyyat martın 6-sı saat 10:00-dan martın 28-i saat 10:00-dək aparılacaq.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Sınaq imtahanı üçün ödəmə kartlarının alınması” bölməsinə daxil olaraq ‘Sınaq imtahanı’ ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.
скачать dle 11.3
Mojo.az Banner