Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rəşad Sadıqovdan etiraf: "Onlar bizdən daha hazırlıqlı idilər"

08.07.2026 22:32 432
Rəşad Sadıqovdan etiraf:
"Oyun bizim üçün olduqca yaxşı başladı".

Median.Az
xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçirilən "Zirə" - "Torpedo Kutaisi" oyunundan sonra komandamızın baş məşqçisi Rəşad Sadıqov deyib. O, görüşün 65-ci dəqiqəsinə qədər hər şeyin "Zirə"nin planına uyğun getdiyini bildirib:

"Son 20-25 dəqiqədə komandamızda yorğunluq hiss olunurdu. Əvəzetmələrlə oyunun balansını qorumağa çalışdıq. Təbii ki, bu, ilk qarşılaşma idi. Bizi səfərdə 12 min azarkeşin qarşısında daha çətin oyun gözləyir. Rəqibin heyətində ustalıq səviyyəsi yüksək olan futbolçular var. Onlara meydanda rahat hərəkət etməyə imkan versəydik, bizə çox çətinlik törədəcəkdilər. Oyunu biz yaxşı keçirsək də, rəqib bizdən daha hazırlıqlı görünürdü".

* Dirk Şuster məğlubiyyəti şərh etdi: "Biz ən azı bir top buraxmağa hazırlaşmışdıq"

Baş məşqçi komandanın çatışmazlıqlarına da toxunub:

"Bizim əsas problemimiz bütün oyunçuların hazırlıq səviyyəsinin eyni dərəcədə yüksək olmamasıdır. Yeni transferlərimizin bəzilərində adaptasiya problemi var, buna görə də bir az gözləmək lazımdır. Ümid edirik ki, cavab oyununa qədər bütün problemləri həll edib sərfəli nəticə qazanacağıq".

Qeyd edək ki, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən "Zirə" - "Torpedo Kutaisi" qarşılaşması təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı isə iyulun 16-da Kutaisidəki Ramaz Şengeliya stadionunda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər