Prezidentin bacısı oğlu hər kəsin gözü önündə məşqçini məğlub etdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:20 Vaşinqtonda aviaqəza: Helikopter pilotunun müəmmalı qərarı  |     16:19 Aktauda AZAL təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb  |     16:18 Yeni maliyyə naziri kollektivə təqdim edildi  |     16:16 Kürdəmir Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib  |     16:15 Daşkəsəndə bir yaşlı uşaq qızdırmadan ölüb  |     16:14 Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyev dəfn edilib  |     16:13 Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədov dəfn edilib - FOTO  |     16:12 Nyu-Yorkda Kriştianu Ronaldunun heykəli ucaldılıb  |     16:11 Şahdağ yolunda "Hummer" AŞDI  |     16:11 BDYPİ-dən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT  |     16:05 Azərbaycandan Ukraynaya göndərilən humanitar yardım və yenidənqurmaya dəstək 40 milyon dolları keçib  |     16:02 45 azərbaycanlı Almaniyadan ölkəmizə qaytarıldı  |     15:59 Hərbi Prokurorluq: "Bu il hərbi sahədə qeydə alınmış cinayətlər 100 faiz açılıb"  |     15:58 Gəncə Reabilitasiya Mərkəzinin pasiyentinin müəmmalı ölümü: Döyüldüyü iddia edilir  |     15:57 İsmayıllıda kafedə dava - Söyüşə görə tanışını bıçaqladı  |     15:56 Paşinyan Birləşmiş Ştatların vitse-prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib  |     15:55 "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb  |     15:54 Bakıda icra məmuru qəza törətdi - Ölən var  |     15:53 Hacıqabulda qatarda baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA  |     15:50 Argentinada 18 yaşından kiçik şəxslərlə bağlı mühüm qərar qəbul edildi  |    

Prezidentin bacısı oğlu hər kəsin gözü önündə məşqçini məğlub etdi - FOTO

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakıda, Fəvvarələr meydanında tədbir təşkil olunub.

Baku.ws-in məlumatına görə, tədbirdə 40-dan artıq idman federasiyası, idman təşkilatları və qurumları öz stendlərini nümayiş etdiriblər.

Gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK baş katibinin müavini Azər Əliyev, idmançılar və idman ictimaiyyətinin nümayəndələri stendlərlə tanış olub, federasiya və idman qurumlarının nailiyyətləri və fəaliyyətlərinin əsas istiqamətləri, gələcək planları haqda məlumatları dinləyiblər.

Sonra müxtəlif viktorinalar təşkil olunub. İdmançıların nümunəvi çıxışları iştirakçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb. Tədbirdə maraqlı hadisə yaşanıb.

Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev Qol Güləşi Federasiyasının məşqçisi ilə qol güləşdirib. O, məşqçini məğlub edib.

Tədbir konsert proqramı ilə davam edib.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 482 05.03.18 16:00