Mojo.az Banner
20:17 Naxçıvanda avtobus yandı  |     20:06 Kəlbəcərdə mina partladı  |     19:54 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib  |     19:33 Qumar oyununda təkrar iştirak edənlər inzibati həbs olunacaq  |     19:30 Afət Seyidzadəyə vəzifə verildi  |     19:28 Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Özbəkistana ekstradisiya edib  |     18:33 Şənbə günü 38 dərəcə isti olacaq  |     18:18 Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək  |     18:15 Birinci kurs tələbəsi vəfat etdi  |     18:13 Hava məkanında çox yüngül uçuş aparatları ilə bağlı hüquqi baza yaradılacaq  |     18:11 “Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu  |     18:06 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     17:55 "Porsche"nin satışları kəskin azaldı  |     17:46 Borca görə hicablı qadının hicabsız fotosu yayıldı - İDDİA  |     17:42 Yasamalda oğurluq edən şəxs saxlanıldı  |     17:33 Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək  |     17:24 Bakıda 6 marşrutun hərəkət sxemi dəyişdirildi – SƏBƏB  |     17:19 Azərbaycanla Ukrayna arasında yeni müqavilə ratifikasiya olundu  |     17:12 "Ətin qiyməti qalxacaq" - VİDEO  |     17:07 Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur  |    
Left Banner
Right Banner

Yol polisindən sürücülərə yeni il hədiyyəsi – Bütün qərarsız MMX-lar silindi

18.01.2018 11:25 4 818
Yol polisindən sürücülərə yeni il hədiyyəsi – Bütün qərarsız MMX-lar silindi
DYP-nin mərkəzi sistemi 1 il ərzində qərarsız olan cərimələri silməyə başlayıb


Dünəndən başlayaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində (dyp.gov.az), ASAN xidmətin Asanpay.az saytında və Daxili İşlər Nazirliyinin e-xidmet@mia.gov.az saytında qayda pozan sürücülərə tərtib olunmuş elektron protokolların bir qisminə xitam verilməsinə başlanılıb. Avtosfer.az xəbər verir ki, DİN rəhbərliyinin göstərişi əsasında sistemdən silinən cərimələr bir il ərzində qərarsız görünən və sürücüyə çatdırılmayan MMX protokollardır.

Baş DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a açıqlamasında məlumatı təsdiq edib. Bildirib ki, həqiqətən də iki gündür sürücülərə tərtib olunmuş, DYP-nin Mərkəzi-Məlumat Sistemində qərarsız görünən, bir il ərzində sürücüyə çatdırılmayan elektron protokollara xitam verilməsinə başlanılıb: “Artıq DYP-nin, ASAN xidmətin və Daxili İşlər Nazirliyinin elektron xidmətlərində qeydiyyatdan keçən sürücülər 1 ildən artıq qərarsız olan cərimələrin silindiyinin şahidi olurlar. Yol polisi xeyli vaxtdir bu sistemi avtomatik rejimdə qurmağa çalışırdı. Artıq bu ildən sistem işə düşüb və qərarsız cərimələr 1 ili tamam olduqda avtomatik rejimdə silinir. Əvvəllər sürücülər 1 ili ötmüş qərarsız cərimələrin silinməsi, yəni xitam verilməsi üçün yol polisinə müraciət edirsizə artıq buna heç bir ehtiyac yoxdur. Sistem özü avtomatik qaydada həmin cərimələri silir”.

Bununla yanaşı, Kamran Əliyev sürücülərə müraciət edərək bildirib ki, bu yenilik sürücüləri arxayın salmamalıdır: “Sürücülər qərarsız cərimələri də ödəyə bilərlər. Asanpay.az və e-xidmet@mia.gov.az saytlarında bu imkan yaradılıb. Kimsə arxayın olmasın ki, gizlənmək yolu ilə cərimədən azad ola bilər. Hətta vaxtın tamam olmasına 1 gün qalsa belə həmin sürücünü tapıb protokolları təqdim edib qərar qəbul etmək mümkündür. Bundan əlavə, yol polisi əməkdaşları da həm küçə və yollarda, həm də stasionar postlarda nəzarəti gücləndiriblər. Cəriməsi olan, amma sistemdə qərarsız kimi görünən, yəni, sürücüyə çatdırılmayan elektron protokolları olan sürücülər saxlanılacaq və rəsmi qaydada təqdim olunacaq. Bundan əlavə, yaxın vaxtlarda daha bir yenilik gözlənilir. Sürücülük vəsiqəsi dəyişdirildikdə, avtomobil texniki baxışdan keçirildikdə və ya qeydiyyat və təkrar qeydiyyat prosesi zamanı qərarsız cərimələr bir-bir həmin sürücüyə rəsmən təqdim olunacaq. Yəni, kimsə zənn etməsin ki, bir il gizlənməklə cərimə ödəməkdən yaxa qurtara biləcək. Hazırda köhnədən qalan cərimələr silinir. Bir ili tamam olmayanlar isə adı qaydada sürücülərə çatdırılır”.скачать dle 11.3
Mojo.az Banner