Mojo.az Banner
17:30 Tbilisiyə lüks vaqonda getmək 180 AZN-dir - Bütün qiymətlər açıqlandı (FOTO)  |     17:23 Gəncədə 11 yaşlı qızı maşın vurdu  |     17:05 Samaranın sabiq meri və həyat yoldaşının qətli: Nəvəsi cinayəti ETİRAF ETDİ - FOTO  |     16:30 Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar biletlərinin qiymətləri dəyişə bilər - RƏSMİ  |     15:39 Şəhidin atası qəfil vəfat etdi  |     15:37 Bakı və Abşeronda yağış yağacaq - XƏBƏRDARLIQ  |     14:15 Ukraynada 10 gündə 6 azərbaycanlı həlak olub  |     14:13 Bakı–Tbilisi qatarlarında restoran, multimedia və duş kabinələri olacaq  |     14:05 Bakıda tramvay xətləri bu tarixədək istifadəyə veriləcək  |     13:55 Bahalaşmanın qarşısını Çin məhsulları ala bilərmi?  |     13:48 Aldadıcı influencer reklamlarına görə kim məsuliyyət daşıyır?  |     13:11 Azərbaycanda mənzil almaq istəyənlərə VACİB XƏBƏR  |     12:48 Bakıda mağazada yarım milyonluq yeyinti: Menecer saxlanıldı  |     12:35 Bakıdan Naxçıvana uçuşlar yenidən TƏXİRƏ SALINDI  |     12:24 Qabiliyyət imtahanlarına qeydiyyat başlayır  |     12:21 Bakıda böyük söküntülər BAŞLAYIR  |     12:19 Bakı-Tbilisi qatarının sərnişinləri limitsiz internetlə təmin ediləcək  |     12:18 İş yerini dəyişdirmək istəyən müəllimlər üçün MÜHÜM XƏBƏR  |     12:16 Bozumbayev: "AZAL təyyarəsinin qəzasında həlak olan qazaxıstanlıların yaxınları da sığorta ödənişləri alacaqlar"  |     12:12 Azərbaycanda tələbə FACİƏLİ ŞƏKİLDƏ öldü - FOTO  |    
Left Banner
Right Banner

Gəncə aeroportunda biabırçılıq: sərnişinlər ayaqyolu əvəzinə ağaclığa göndərilir (FOTO)

16.01.2018 15:14 2 286
Gəncə aeroportunda biabırçılıq: sərnişinlər ayaqyolu əvəzinə ağaclığa göndərilir (FOTO)
"Gəncə Beynəlxalq Hava Limanında sərnişinlərə göstərilən xidmət səviyyəsi olduqca aşağıdır. Səhər reysi ilə uçuş üçün 7-dən tez gələnlər qapıda saxlanılır".

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Elkin Xəlilov öz "Facebook" səhifəsində yazıb. O, vaxtından əvvəl getdiyi üçün soyuq havada aeroportun bağlı qapıları arxasında qaldığını, ayaqyolu əvəzinə mühafizəçinin ona ağaclığı göstərdiyini, hava limanının şəxsi mülk kimi işlədildiyini, həmçinin yüklərin aeroport işçiləri tərəfindən qanunsuz şəkildə açıldığını qeyd edib: 
 
"Mühafizəçinin otağına yaxınlaşdım ki, tualetə getmək istəyirəm. Yəqin ki, açıq tualet olar. Dedi o da bağıdır. Özünü ver ağaclığa. Burda özümü saxlaya bilmədim. Dedim, a kişi, nə danışırsan, nə ağaclıq? Bura ölkənin ikinci böyük şəhərinin aeroportudur. Ölkəyə gələn turistlərə də belə deyirsiniz? Dedi ki, vallah belədir. Elə mən özüm də gedirəm ağaclıq tərəfə...
 
Halbuki, Gəncə ən qədim tarixə malik şəhərlərimizdən biridir, Cümhuriyyətin ölkədə olan ilk paytaxtıdır, böyük sənaye şəhərdir. O boyda şəhərin aeroportunu obyekt kimi işlədirlər, saat 7-də açıb, axşam da bağlayırlar".

Bundan əlavə jurnalist Gəncə Beynəlxalq Hava Limanının normal bir sosial şəbəkə hesabının, e-mail adresinin və web saytının olmadığını bildirib. Dövlət qurumunun e-mail ünvanının "mail.ru" saytında açılması, həmçinin "@" işarəsinin (AT) şəklində yazılması isə sosial şəbəkə istifadəçiləri arasında tənqid olunub və savadsızlıq kimi göstərilib. "Aeraport-genja"nın isə hansı anlam daşıdığı isə məlum deyil. Azərbaycan dilində "aeraport" sözünün ikinci hərfinin o ilə yazıldığı hər kəsə məlumdur, həmçinin Gəncə şəhərinin adı isə beynəlxalq dildə "Ganja" yazılır ki, bu da heç bir çərçivəyə sığmır. (Aeroport haqqında məlumatlar isə ganja.az saytında yerləşdirilib - red.)
 
Məsələnin xırdalıqlarına çox da varmadan, bircə suala cavab tapmaq istərdik. Hava limanı saat 7-də açılıb, axşam saatlarında bağlana bilərmi?


Aeroportun məlumat bürosunun əməkdaşı Ceyran Əliyeva da bu problemin olduğunu və axırıncı reys uçandan sonra qapıların bağlandığını, səhər erkən gələn sərnişinlərin soyuqda gözləmək məcburiyyətində qaldıqları faktını təsdiqləyib: "Aeroport axırıncı reys uçandan sonra bağlanır. Məsələn, bu gün saat 18:00-da bağlanacaq. Səhər reysindən öncə gələnlər aeroport açılana qədər ya maşında gözləyirlər, ya da çox vaxt soyuqda qalmalı olurlar. Gəncədə belədir. Çox adam gələndə təəccüblənir ki, hava limanı beynəlxalq səviyyəlidir, amma necə olur ki, 24 saat işləmir?!"
скачать dle 11.3
Mojo.az Banner