Sədr müşaviri: "Ailə həkimləri yoxdur, ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır" » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:41 İnsult keçirən Nazimlə bağlı yeni fakt: Bir müddət öncə böyrək köçürülübmuş....  |     14:29 DİN: Kiberdələduzlar son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə edirlər - VİDEO  |     13:45 Sevgilisinin üzünə turşu tökən qadın məhkəmə zalında həbs olundu  |     13:30 İsrail HƏMAS-la döyüşlərdə həyatını itirən hərbçilərinin sayını açıqladı  |     13:10 Azərbaycan hərbçiləri "Qış təlimi - 2025"də yüksək peşəkarlıq nümayiş etdirirlər  |     13:00 Əli Əsədov Almatıda beynəlxalq forumda iştirak edir  |     12:57 Yol polisindən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT  |     12:54 Ağcabədidə gənc oğlan anasının maşınını ağaca çırpıb, ölən və xəsarət alan var  |     12:52 Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 40-nın cəsədi aşkar edildi  |     12:52 Xaçmazda evdə siqaret çəkən kişi yanaraq ölüb  |     12:49 UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib  |     12:47 Plastik cərrahlara verilən vaxt başa çatır - SON GÜNDÜR  |     12:45 "Baku Bus"ın sürücüsü sükan arxasında infarkt keçirdi: Qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)  |     12:43 Faytonçu Nazim xəstəxanaya yerləşdirildi  |     12:39 Azərbaycanın Yunanıstadaki səfirliyin keçmiş 1-ci katibi saxlanılıb, 500 AZN cərimələndi  |     12:32 Paytaxtın əsas prospektlərindən birində təmir işləri aparılır, hərəkətə məhdudiyyət qoyulub  |     12:27 Azərbaycanda zəlzələ olub  |     12:25 Yeni Zelandiyada dağa hüquqi şəxs statusu verildi: İnsanlar kimi imtiyazları olacaq  |     12:25 Antalyada 50-dən çox hotel bağlanıb  |     12:23 Ronaldu Messi ilə münasibətlərindən danışdı  |    

Sədr müşaviri: "Ailə həkimləri yoxdur, ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır"

"Bizim əsas məqsəd və prinsiplərimiz müəyyənləşib".

Median.Az
APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda ictimai dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev deyib.

İsa Əliyev bildirib ki, ilkin səhiyyə xidməti əlçatan olmalıdır:

"İkinci məsələ əhatəlilikdir. Kəndlərdə neyrocərrahiyyə yarada bilmərik, amma əsas baza xidmətlərini orada da yarada bilərik. İlkin səhiyyə xidmətləri ambulator və stasionarla qarşılıqlı işləməlidir. İlkin səhiyyə xidmətində çalışan tibbi personalı vətəndaşın bələdçisi olmalıdır. İnsanlar həkimlərini tanıyır, onun məsləhətlərinə qulaq asır və onu tez-tez dəyişmir. İnsanlara optimal məsafədə müəssisələr yerləşdirilməlidir.

Biz tibb müəssisələrində doğru kombinasiyalı xidmət qurmalıyıq. Azərbaycanda bizə lazım olan kadrlar 40%, regionlarda 45-50% azdır. Tibb Universitetinin hazırladığı kadrlar bunu qarşılaya bilməyəcəklər. Bizim ailə həkimlərimiz üçün kurs keçilməlidir, bizim ailə həkimləri yoxdur. Bütün kəndlər üzrə biz araşdırmalar aparmışıq. Biz tərəfdən regionlarda 3000-dən artıq tibb məntəqəsi bina olaraq müəyyənləşdirilib və xəritələşdirilib.

Bu gün maliyyə əsasən ixtisaslı tibbi yardıma gedir, bu dəqiqə bizdə ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            84 31.01.25 11:49