Abşeronda yol ÇÖKDÜ: Problem nə vaxt həll olunacaq? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:49 Narkotik satışında ittiham edilən tiktokerə hökm oxunub  |     17:43 Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmədə şahidlərin dindirilməsi başa çatdı  |     17:34 Yeniyetməyə qarşı əxlaqsızlıq edən molla həbs edildi  |     17:19 Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA ( SƏS YAZISI)  |     17:07 Azərbaycanlı deputatlar Belarusda prezident seçkisini müşahidə edəcəklər  |     16:53 Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat cərimə olunacaqlar  |     16:51 Azərbaycanda mülki odlu silah əldə etmək üçün tələb olunan yaş həddi artırılır  |     16:49 Media və sosial şəbəkə vasitəsilə qanunsuz silah satanlar 10 ilədək həbs oluna bilərlər  |     16:48 Qulluq mövqeyindən istifadə edərək qanunsuz silah satan və daşıyanlar məsuliyyətə cəlb olunacaqlar  |     16:09 Hərbi formanı qanunsuz daşıyanları 1000 manatadək cərimə gözləyir  |     16:08 Hikmət Mirzəyevə yeni müavin təyin olunub  |     15:51 Bakıda tarixi abidədə iki dəfə qanunsuz söküntüyə cəhd olub  |     15:47 Qəbələdə göldə bir nəfər batıb  |     15:35 Ermənistan KİV: "Azərbaycanla sərhədin növbəti delimitasiyası Tavuş istiqamətindən başlayıb"  |     15:27 Nəsimi rayonunda polisin əməliyyatları zamanı 16 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO  |     15:26 Bakıda avtovağzal yaxınlığında qəza olub, sıxlıq yaranıb  |     15:22 Prezidentin gəlinindən Arzu Əliyevanın doğum günü ilə bağlı paylaşım - VİDEO  |     14:18 BDU-nun laborantı vəfat edib  |     14:03 13 il sonra Türkiyədən Suriyaya ilk uçuş  |     13:59 İsrail və "Hizbullah" atəşkəsi uzatmaq niyyətindədirlər  |    

Abşeronda yol ÇÖKDÜ: Problem nə vaxt həll olunacaq? - VİDEO

Abşeronda avtomobil yolunda çökmə baş verib.

Median.Az
Xəzər TV-yə istinadən məlumat verir ki, yaranmış vəziyyət xüsusən də ilk dəfə həmin yoldan istifadə edən sürücülər üçün böyük təhlükə yaradır.

Bu yoldan istifadə edən həm sürücülər, həm də sakinlər çökmə hadisəsinə görə narahatdırlar. Sürücülər deyirlər ki, həmin ərazidən sürətlə keçdikdə qəza riski yaranmaqla yanaşı, avtomobillərin alt işlək hissələri də zərər görür.

Mövcud vəziyyətdən Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi də məlumatlıdır.

Bildirilib ki, həmin yolun bir neçə hissəsində adıçəkilən qurum tərəfindən mütəmadi olaraq təmir bərpa işləri aparılır.

Abşeron Rayon İcra Hakimiyyətindən isə ''Xəzər Xəbər''ə bildirilib ki, Xırdalan şəhəri Heydər Əliyev prospektinin bir hissəsində yüksəktəzyiqli su kəmərində baş vermiş qəza və nəticədə, su sızıntısının yaranması tədricən yolun alt qatının yuyulmasına və yolun çökməsinə gətirib çıxarıb.

O da bildirilib ki, rayon icra hakimiyyəti tərəfindən qəza və yolun bərpası ilə əlaqədar Dövlət Su Ehtiyatları Agentliyinə məlumat verilib. Aidiyyəti təşkilatlardan müvafiq icazələr alınıb. Sabahdan etibarən ərazidə qazıntı, qəzanın aradan qaldırılması və yolun bərpası işlərinə başlanılacaq.

Ətraflı süjetdə:
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            102 23.01.25 11:34